SON XƏBƏRLƏR

“ERGENEKON” OKEANDIRSA MƏN ORADA BİR DAMLAYAM”

2021.10.20, 07:36
“ERGENEKON” OKEANDIRSA MƏN ORADA BİR DAMLAYAM”

Gunaz.tv
“ERGENEKON” OKEANDIRSA MƏN ORADA BİR DAMLAYAM” xurshudtolon.jpg General Xurşud Tolon həbsxanadan ictimaiyyətə mesaj göndərib Türkiyədə “Ergenkon” əməliyyatında həbs edilən istefada olan ordu generalı, 1-ci Egey ordusunun keçmiş komandanı Xurşud Tolon həbsxanadan onu ziyarət edən yaxın dostu vasitəsilə ictimaiyyətə mesaj göndərib. Yerli qəzetlərdən birində işləyən jurnalist Tanzer Ünal çoxdankı dostu olan Tolonla görüşündən sonra deyib ki, onun əhvalı yaxşıdır. Tolon istefada olan ordu generalı, candarma qüvvələrinin keçmiş komandanı Şener Eruyğurla eyni kamerada qalır. O, həbsxanadan dostu vasitəsilə bildirib ki, heç bir vaxt Türkiyə qanunlarına zidd fəaliyyətlərdə əli olmayıb. “Ergenekon”dan söz açırlar, əgər “Ergenekon” bir okeandırsa, mən orada bir damlayam” - deyə o bildirib. Tolon deyib ki, dindirilərkən ona istefada olan general kimi niyə vaxtını kitab oxumaqla, balıq tutmaqla keçirmədiyini də soruşublar. O, həbsinin qeyri-hökumət təşkilatları çərçivəsindəki göstərdiyi fəaliyyətlərlə bağlı olduğunu bildirib. Generalın sözlərinə görə, onu AKP hökumətinin tənqid olunduğu konfranslarda çıxışlarına görə tutublar: “Ergenekon”a baş axtarırdılar, bizi buraya bərkitdilər. Bizim vətəni, milləti sevməkdən, Atatürk prinsipləri yolunda getməkdən başqa yolumuz yoxdur”. Silahlı qüvvələrin Baş Qərargahı isə dünən hərbi hava qüvvələri prokurorluğunun “Ergenekon” işi ilə bağlı istintaq apardığı haqda mətbuatda yayılan xəbərləri təkzib edib. Baş Qərargah rəisi Yaşar Böyükanıtın adından yayılan yazılı açıqlamada deyilir ki, hərbi hava qüvvələri daxilində gizli məlumatın sızdırılması faktı ilə bağlı çoxdandır təhqiqat aparılır, lakin bu təhqiqatın Türkiyədə son vaxtlar baş verənlərlə bağlı heç bir əlaqəsi yoxdur. “Aksam” qəzeti yazmışdı ki, hərbi prokurorluğun apardığı təhqiqat nəticəsində “Ergenekon” həbsləri ordunun içərisinədək uzana bilər. Baş Qərargah isə bəyan edir ki, bu cür xəbərlər silahlı qüvvələri gözdən salmağa xidmət edən kampaniyanın bir hissəsidir. “Hər fürsətdə silahlı qüvvələri və onun mənsublarını olayların içərisinə çəkmək istəyən, üzdə demokratiya müdafiəçisi olduqlarını deyən qüvvələr Türkiyənin sabitliyini pozacaq hala gəliblər” - deyə açıqlamada bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar