SON XƏBƏRLƏR

Qubadakı kütləvi məzarlıqda şüşə muzey yaradılcalaq

2021.10.20, 07:36
Qubadakı kütləvi məzarlıqda şüşə muzey yaradılcalaq

Gunaz.tv
Qubadakı kütləvi məzarlıqda şüşə muzey yaradılcalaq soyqirim_quba5.jpg Ekspedisiyanın işlərinin nə zaman bitəcəyi məlum deyil 2007-ci il aprelin 5-də Qubada tapılan kütləvi məzarlıqda bu il üçün arxeoloji tədqiqatların üçüncü mərhələsinə başlanılıb. Məzarlıqda işlərin qısa müddətə dayandırıldığını bildirən Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev, iyunun 18-dən işi yenidən bərpa etdirdiklərini qeyd edib. Onun sözlərinə görə, indi quyuların ikisinin təmizlənməsi prosesi gedir və ərazidə şüşə muzey yaradılcalaq. Ekspedisiya rəhbəri həmçinin təmizləmə zamanı aşkar etdikləri daha bir dəhşətli faktdan da söz açıb: «Bu gün 2-4 kəllə yanında körpə sümüyünə rast gəldik. Bu, ermənilərin bir daha vəhşiliyini göstərir». Ekspedisiyanın işlərinin nə zaman bitəcəyi hələlik məlum deyil. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar