SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN AZƏRBAYCANIN MİNSK QRUPUNU TƏNQİD ETMƏSİNİ KİÇİK HİYLƏGƏRLİK SAYIR

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN AZƏRBAYCANIN MİNSK QRUPUNU TƏNQİD ETMƏSİNİ KİÇİK HİYLƏGƏRLİK SAYIR

Gunaz.tv
SERJ SƏRKİSYAN AZƏRBAYCANIN MİNSK QRUPUNU TƏNQİD ETMƏSİNİ KİÇİK HİYLƏGƏRLİK SAYIR Ermənistan prezidenti Serj Sərkisyan bu gün Yerevanda jurnalistlərə açıqlama verərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanlarının hələ tükənmədiyini söyləyib. «Media forum» saytının məlumatına görə, Ermənistan lideri bu qanaətə Azərbaycan prezidenti İlham Əlyievlə iyunun 7-də Sankt-Peterburqda keçirilən görüşdən sonra gəldiyini vurğulayıb. S.Sərkisyanın sözlərinə görə, İ.Əliyev də danışıqların davam etdirmək ovqatındadır və prosesin münaqişənin nizamlanmasına gətirəcəyi istisna olunmur. Azərbaycanın ATƏT-in Minsk qrupuna yönəlik tənqidlərinə toxunan Ermənistan prezidenti bunu kiçik bir hiyləgərliklə vasitəçilərin tələblərini bir qədər yumşaltmağa nail olmaq istəyi ilə izah edib: «Bu, Azərbaycanın öz işidir. Mən düşünmürəm ki, bu, prosesin sülh yolu ilə başa çatdırılmasına xidmət edir». Ermənistan prezidenti danışıqların bundan sonra da Madrid prinsipləri çərçivəsində davam etdirilməsinə hazır olduğunu da qeyd edib və bu formatın uğurla nəticələnəcəyinə inandığını deyib. S.Sərkisyan eyni zamanda söyləyib ki, sülh müqaviləsi hələ imzalanmadığından iki dövlətin prezidentləri və müdafiə nazirləri müharibənin sabahdan başlayacağını yaddan çıxarmamalıdır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar