SON XƏBƏRLƏR

İran XİN-in yeni mətbat katibi təyin olunub

2021.10.20, 07:36
İran XİN-in yeni mətbat katibi təyin olunub

Gunaz.tv
İran XİN-in yeni mətbat katibi təyin olunub İranın XİN başçısı Mənuçöhr Müttəki Həsən Qəşqavini İran XİN-in mətbuat katibi vəzifəsinə təyin edib. Ba barədə məlumatı İranın «İRNA» agentliyi yayıb. İran XİN-in yeni mətbuat katibi Həsən Qəşqavi bundan öncə İranın İsveçrədə və Qazaxıstanda səfiri olub. Qəşqavi həmçinin İran İslam Şurası Məclisinin IV və VI çağırışında Tehranın Şəhriyar qəsəbəsinin nümayəndəsi kimi deputat olub. İran XİN-in keçmiş mətbuat katibi Məhəmməd Əli Hüseyni hazırda İran XİN başçısının beynəlxalq əlaqələr üzrə müavini vəzifəsinə təyin olunub. trend ---------------------------------------------------------------------- Əfqanıstanda anlaşılmazlıq 9 polisin həyatına son qoyub article_1216624705.gif QayNar: Əfqanıstan rəsmiləri deyir ki, yerli polisin beynəlxalq qüvvələrin Taliban yaraqlıları olmasını zənn etməsindən sonra koalisiya qüvvələrinin hava hücumu nəticəsində 9 polis işçisi həlak olub. Bu barədə "Qaynar.info" "Amerikanın səsi" radiostansiyasına istinadən xəbər verir. Farah vilayəti qubernatorunun müavininin sözlərinə görə, tərəflər arasında toqquşma bu gün Farah vilayətinin Anar Derah mahalında baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. Həm NATO, həm də ABŞ koalisiya rəsmiləri insidentin araşdırıldığını bildirir. Başqa bir xəbərdə isə deyilir ki, NATO qüvvələri təsadüf nəticəsində 4 əfqan mülki vətandaşı öldürüb. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin bildirdiyinə görə, bu hadisə də araşdırılır. Qeyd edək ki, dünən də Paktiya vilayətində 3 mülki vətəndaş həlak olmuş, 4-ü isə yaralanmışdı. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin bədbəxt hadisəyə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar