SON XƏBƏRLƏR

Azərbaycan Türkiyə və Ermənistan arasındakı qeyri-rəsmi danışıqlardan narahat deyil - XİN

2021.10.20, 07:36
Azərbaycan Türkiyə və Ermənistan arasındakı qeyri-rəsmi danışıqlardan narahat deyil - XİN

Gunaz.tv
Azərbaycan Türkiyə və Ermənistan arasındakı qeyri-rəsmi danışıqlardan narahat deyil - XİN _khazar_ibrahim_030707-1.jpg Azərbaycan, Bakı, 21 iyul/Trend News, müxbir E.Əliyev/ Azərbaycan Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına dair qeyri-rəsmi danışıqlardan narahat deyil. “Bizim üçün əsas Türkiyənin rəsmi mövqeyidir”, - bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. Türkyə və Ermənistan nümayəndələri iyulun 18-də qeyri-rəsmi görüş keçiriblər, “Hürriyyət” qəzeti xəbər verir. “Əgər Türkiyə xarici işlər naziri Əli Babacan Türkiyənin sərhədlərin açılmasına dair mövqeyinin dəyişməz qaldığını bəyan edirsə, biz Türkiyənin atdığı addımların bu siyasətə uyğun olacağına ümid edirik”, - İbrahim bildirib. Türkiyə və Ermənistan arasında sərhədlər Birinci Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında “erməni soyqırımı” məsələsinin həll edilməməsi səbəbindən on beş ildir ki, bağlıdır. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Yerevan Türkiyəni “erməni soyqırımı”nda təqsirləndirməkdən imtina etməyincə və işğal olunmuş Azərbaycan ərazilərini azad etməyincə, sərhədləri açmayacaq. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar