SON XƏBƏRLƏR

Əfqanıstanda qaçırılan türk mühəndisləri azad olunublar

2021.10.20, 07:36
Əfqanıstanda qaçırılan türk mühəndisləri azad olunublar

Gunaz.tv
Əfqanıstanda qaçırılan türk mühəndisləri azad olunublar qaçırılan iki türk mühəndis azadlığa buraxılıb. Əfqanıstanın Herat əyalətində naməlum şəxslər tərəfindən qaçırılan türk mühəndisləri bu gün azadlığa buraxılıblar. Bu haqda məlumatı Herat əyalətinin təhlükəsizlik qüvvələrinin başçısı İkraməddin Yavər Türkiyənin «Cihan» xəbər agentliyinə iyulun 21-də verdiyi açıqlamasında bildirib. Türk mühəndislər 200 min ABŞ dolları müqabilində girovluqdan azad edilərək paytaxt Kabilə gətiriliblər. trend ------------------------------------------------------------------------ Dağlıq Qarabağ münaqişəsi üzrə Moskva danışıqlarının kontekstini Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkil edəcək – XİN Azərbaycan, Bakı, 21 iyul/ Trend News, müxbir E.Əliyev/ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı Moskva danışıqlarının kontekstini Azərbaycanın ərazi bütövlüyü məsələsi təşkil edəcək. “İki ölkə xarici idarə başçıları Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü avqustun 1-də Moskvada olacaq”, - bazar ertəsi jurnalistlərə mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. Danışıqlar münaqişənin tənzimlənməsi üzrə Madrid prinsipləri əsasında olacaq. 2007-ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə baza prinsiplərini nəzərdən keçirmək üçün təqdim ediblər. Həmsədrlər“Madrid təklifləri”ni ədalətli və balanslaşdırılmış hesab edirlər. İki cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar