SON XƏBƏRLƏR

AKP davasının yekun günü sabah(22iyul) bilinəcək

2021.10.20, 07:36
AKP davasının yekun günü sabah(22iyul) bilinəcək

Gunaz.tv
AKP davasının yekun günü sabah bilinəcək anayasa-mahkemesi.jpg Sabah Türkiyə Konstitusiya Məhkəməsinin iclası keçiriləcək. Lent.az-ın xəbərinə görə, iclasda baş prokurorun hakim Ədalət və Qalxınma Partiyasının (AKP) bağlanması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın məruzəsi müzakirə olunacaq, daha sonra iddia ilə bağlı yekun qərarın veriləcəyi gün müəyyənləşdiriləcək. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Canın hazırladığı məruzədə AKP-nin qapadılması barədə baş prokuror Əbdürrəhman Yalçınkayanın iddiasının rədd olunması təklif edilir. AKP-nin qapadılması üçün Türkiyə Konstitusiya Məhkəməsinin 11 hakimindən 7-sinin qərarın lehinə səs verməsi lazımdır. Məhkəmənin əsas üzvlərindən biri iclasda iştirak etməzsə və ya qərar çıxarılan günə qədər təqaüdə çıxarsa, o zaman onun yerinə ehtiyat üzvlərdən biri səs verəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar