SON XƏBƏRLƏR

BMT Gürcüstan-Rusiya münasibətlərini müzakirə edəcək

2021.10.20, 07:36
BMT Gürcüstan-Rusiya münasibətlərini müzakirə edəcək

Gunaz.tv
BMT Gürcüstan-Rusiya münasibətlərini müzakirə edəcək gruz-bmt.jpg BMT Təhlükəsizlik Şurası bu gün növbədənkənar iclasında Rusiya təyyarələrinin iyulun 8-də Gürcüstanın hava sərhədini pozmasını müzakirə edəcək. Lent.az-ın məlumatına görə, Təhlükəsizlik Şurasının iclası Rusiyanı hərbi təcavüzdə ittiham edən Gürcüstanın tələbi ilə çağrılıb. Gürcüstanın BMT-dəki daimi nümayəndəliyi Təhlükəsizlik Şurası sədrinə məktub göndərərək hava sərhədinin pozulması ilə bağlı təcili iclasının çağırılmasını tələb edib. Rəsmi Tiflis müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə təhlükə yarandığını vurğulayır. Rusiya tərəfi isə təyyarələrin gürcü-abxaz zonasında vəziyyəti dəyərləndirmək üçün uçuş keçirdiyini bildirib. Guya ki, təyyarələrin uçuşu Cənubi Osetiyada hərbi əməliyyata başlamaq qərarına gələn Gürcüstanın qarşısını alıb. İclas qapalı rejimdə keçiriləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar