SON XƏBƏRLƏR

Qədim Gilan şəhərinin xarabalıqlarından 10 qəbir tapılıb

2021.10.20, 07:36
Qədim Gilan şəhərinin xarabalıqlarından 10 qəbir tapılıb

Gunaz.tv
Qədim Gilan şəhərinin xarabalıqlarından 10 qəbir tapılıb qedim-qebirstanliq.jpg AMEA Arxeologiya İnstitutu və AMEA Naxçıvan Bölməsinin Arxeologiya İnstitutunun Ordubad rayonunda yerləşən qədim Gilan şəhərinin xarabalıqlarına (Xaraba Gilan) birgə təşkil etdikləri ekspedisiya zamanı son tunc dövrünə aid 10 qəbir aşkar olunub. Bu barədə Lent.az-a ekspedisiya iştirakçıları məlumat verib. Qeyd olunub ki, AMEA Arxeologiya İnstitutunun arxeoloqu Bəhlul İbrahimovun başçılıq etdiyi ekspedisiya qrupu iyulun 2-dən ərazidə arxeoloji qazıntılar aparır. Qazıntı zamanı son tunc dövrünə aid dairəvi şəkildə on qəbir aşkar olunub. Qazıntı aparılan ərazidə qəbirlərin aşağı hissəsində torpağın altında qalmış qədim Gilan şəhərinin qalıqlarının və xeyli maddi-mədəniyyət nümunələrinin də ortaya çıxacağı gözlənilir. Ekspedisiya sentyabr ayının sonunadək davam edəcək. Elmar HÜSEYNOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar