SON XƏBƏRLƏR

PKK-çı PARTİYADAN TÜRKİYƏYƏ TƏHDİD_DTP-nin dünən keçirilən konfransında rəsmi Ankaraya mesajlar göndərildi

2021.10.20, 07:36
PKK-çı PARTİYADAN TÜRKİYƏYƏ TƏHDİD_DTP-nin dünən keçirilən konfransında rəsmi Ankaraya mesajlar göndərildi

Gunaz.tv
PKK-çı PARTİYADAN TÜRKİYƏYƏ TƏHDİD DTP-nin dünən keçirilən konfransında rəsmi Ankaraya mesajlar göndərildi Dünən Atatürk Sport Salonunda kürdyönümlü Demokratik Toplum Partiyasının konfransı keçirilib. Türk mətbuatının yazdığına görə, səhər saatlarında salonu ölkənin bütün bölgələrindən gələn kürd nümayəndələri doldurub. Sarayda əsasən kürd mahnıları səsləndirilib. Hətta DTP yetkililəri salona daxil olarkən “Sayın Öcalan” şüarları da eşidilib. Salonda asılmış şüarlara gəlincə isə “Milliyyet” qəzeti yazır ki, daha çox barışdırıcı sözlər nəzərə çarpıb. Türk bayraqlarının çoxluğu da diqqəti çəkib. Maraqlıdır ki, konqresin işinə İmralı həbsxanasında ömürlük cəza çəkən türk cəlladı Abdullah Öcalanın bacısı Fatma Öcalan və PKK-nın əsas liderlərindən olan Murad Qarailanın qardaşı Hazar Qarailan da qatılıb. AKP, CHP, MHP-dən isə konqresə dəvət edilən olmayıb. Buna baxmayaraq, PKK-ya dəstəyini gizlətməyən DTP-nin toplantısında İngiltərə, Almaniya, Yunanıstan, eləcə də Avropa parlamentinin nümayəndələri iştirak edib. DTP-nin əski başqanı Əminə Ayna çıxışında ötəri olsa da, “Ergenekon” qalmaqalı ilə bağlı danışıb. O, İmralıda ömürlük dustaq edilən Öcalanın saçlarının zorla qırxılmasını etiraz edərək bu sözləri deyib: “Kürdlərlə oynamayın, kürdləri ciddiyə alın. Yanlışlıqlar Türkiyəyə ziyandan başqa bir şey gətirməz”. O, əsgərlikdən yayındığı üçün əvvəl tutuqlanan, sonra isə hərbi xidmətə göndərilən əski başqanları Nurəddin Dəmirtaşı da xatırlayıb. PKK-nın asanlıqla silahı yerə qoymayacağına işarə edən Ayna bunun üçün AKP-nin təklif etdiyi yaraqlıların əfv məsələsini gündəmə gətirib və bu işin reallığa çevrilməsini istəyib. Bir neçə saat davam edən başqan seçkisinə əvvəl iki namizədin adı Mahmud Alınaq və Əhməd Türkün adları hallanıb. Mahmud Alınaq Əhməd Türkün lehinə namizədliyini geri götürüb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar