SON XƏBƏRLƏR

BABACAN PKK-çılarla ANLAŞDI?_Terrorçuların girov götürdüyü alman turistlər buraxıldı

2021.10.20, 07:36
BABACAN PKK-çılarla ANLAŞDI?_Terrorçuların girov götürdüyü alman turistlər buraxıldı

Gunaz.tv
BABACAN PKK-çılarla ANLAŞDI? Terrorçuların girov götürdüyü alman turistlər buraxıldı İyunun əvvəlində Ağrı (Ararat) dağında üç almaniyalı turisti girov götürən PKK dünən onları azad edib. Girovların azad edilməsinin təfərrüatları məlum olmasa da, bu xəbəri Almaniyanın Xarici İşlər Nazirliyinə şəxsən Türkiyənin xarici işlər naziri Əli Babacan zəng edərək deyib. Türkiyə XİN-in rəsmisi Buraq Özyürəyin sözlərinə görə, girovların azad edilməsinin təfərrüatlarını Ağrı vilayətinin qubernatoru açıqlayacaq. ƏRƏBLƏR SUDAN PREZİDENTİNİN HƏBSİNƏ QARŞI ÇIXDILAR Misirdə ərəb ölkələrinin xarici işlər nazirlərinin toplantısında Sudan prezidenti Ömər əl-Bəşirin həbsinə qarşı bəyanat qəbul edilib. Xatırladaq ki, Beynəlxalq Məhkəmə insanlığa qarşı bir sıra ağır cinayətlərdə ittiham edilən əl-Bəşirin həbsini sanksiya tələb edib. Ərəb nazirlərinin qəbul etdiyi birgə bəyanatda bu tələbi Sudanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar