SON XƏBƏRLƏR

İRANA İKİ HƏFTƏ VAXT VERİLDİ_Tehran ya nüvə proqramını dayandırmalı, ya müharibəyə hazır olmalıdır

2021.10.20, 07:36
İRANA İKİ HƏFTƏ VAXT VERİLDİ_Tehran ya nüvə proqramını dayandırmalı, ya müharibəyə hazır olmalıdır

Gunaz.tv
İRANA İKİ HƏFTƏ VAXT VERİLDİ Tehran ya nüvə proqramını dayandırmalı, ya müharibəyə hazır olmalıdır 16.jpg İran prezidenti Mahmud Əhmədinejad İran və dünyanın aparıcı dövlətləri arasında Tehranın nüvə fəaliyyətinə dair danışıqları irəliyə doğru bir addım adlandırıb. Həmin danışıqlar iyulun 19-da Cenevrədə keçirilib. İlk dəfə olaraq, danışıqlarda Amerikanın aparıcı diplomatlarından biri olan Uilyam Börns iştirak edirdi. İran, Amerika nümayəndəsinin bu görüşdə iştirakını müsbət prosessual addım kimi qiymətləndirib. Bununla belə, rəsmi Vaşinqton təkzib edir ki, cənab Börnsın danışıqlara cəlb olunması Ağ Evin İrana qarşı siyasətinin dəyişməsi deməkdir. Dövlət Departamentinin sözçüsü Anna Skorihima deyib ki, Vaşinqtonun İrana qarşı siyasəti və mövgeyi dəyişməz qalır. Onun sözlərinə görə, Tehran qarşıdurma ilə əməkdaşlıq arasında seçim etməlidir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə başçısı Xavyer Solana isə ümidvar olduğunu bildirib ki, Tehran qarşıdan gələn iki həftə ərzində Avropa Birliyinin İrana təklif etdiyi həvəsləndirici paketə öz konkret cavabını verəcək. ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak da Tehranla danışıqların gedişatını ilkin olaraq uğurlu hesab etdiklərini bildirib. Diplomatın sözlərindən belə məlum olub ki, “altılar”ın Cenervə görüşündə İranın uranın zənginləşdirilməsi proqramını dayandıracağı təqdirdə, Tehrana qarşı sanksiyaların yumşaldılacağına söz verilib. Avropa Birliyinin rəsmisi Havyer Solana isə deyib ki, İranın fikirləşmək üçün iki həftə vaxtı var. O bildirib ki, rəsmi Tehranın qərarı ya telefon danışığı ilə, ya da onunla təkbətək görüşdə açıqlanacaq. Beləliklə, “altılar”ın Cenevrə danışıqları ilkin mərhələdə rəsmi Tehranın iddia etdiyi kimi irəliyə doğru addım olsa da, son qərar iki həftə sonra bilinəcək. Yəqin ki, Tehran geri çəkilməyəcəyi təqdirdə, “altılar”ın İrana yönəlik sanksiyaları daha da sərtləşəcək. Mümkündür ki, bu gərginlik barəsində çoxdan danışılan müharibə ilə də sonunclansın. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar