SON XƏBƏRLƏR

OBAMA ƏFQANISTANA SƏFƏR ETDİ_Prezidentliyə namizəd Avropa və Yaxın Şərqdə də olacaq

2021.10.20, 07:36
OBAMA ƏFQANISTANA SƏFƏR ETDİ_Prezidentliyə namizəd Avropa və Yaxın Şərqdə də olacaq

Gunaz.tv
OBAMA ƏFQANISTANA SƏFƏR ETDİ Prezidentliyə namizəd Avropa və Yaxın Şərqdə də olacaq 1576.jpg ABŞ-da prezidentliyə demokrat namizəd Barak Obama dünən Əfqanıstana gözlənilməz səfər edib. Amerika KİV-lərinin məlumatlarına görə, onun səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb. Prezidentliyə namizədin Kabilə bir qrup konqresmenlə gəldiyi bildirilir. Onun prezident Həmid Kərzayi ilə görüşəcəyi gözlənilirdi. Obama səfərə çıxmazdan əvvəl deyib ki, Əfqanıstanda o, insanların mövqeyini eşitmək üçün gedir. Namizədin İraqda da gedəcəyi gözlənilir, lakin səfər tarixi açıqlanmır. Obama İraqla yanaşı İsrail və Fələstində, habelə bəzi Avropa ölkələrində olacaq. Prezidentliyə demokrat namizəd bu səfərlərə çıxmaqla xarici siyasətdə təcrübə qazanmaq istəyir. Amerika mətbuatı yazır ki, siyasətçi kimi indiyədək o cəmi 3 ölkədə - senator Riçard Luqarla birlikdə Ukrayna, Rusiya və Azərbaycanda olub. Respublikaçılar Obamanı xarici siyasət və təhlükəsizlik məsələlərində yetərincə təcrübəyə malik olmamaqda günahlandırırlar. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar