SON XƏBƏRLƏR

Suriya İranı dilə tuta biləcəkmi?

2021.10.20, 07:36
Suriya İranı dilə tuta biləcəkmi?

Gunaz.tv
Suriya İranı dilə tuta biləcəkmi? İranın xarici işlər naziri Mənuçöhr Mottəki prezident Bəşər əl-Əsədlə danışıqlar aparmaq üçün dünən Suriyanın paytaxtı Dəməşqə gəlib. Bu səfərdən bir qədər əvvəl Fransa prezidenti Nikola Sarkozi prezident Əsəddən nüvə proqramı ilə bağlı İranı beynəlxalq təşkilatlarla əməkdaşlığa sövq etməyə xahiş etmişdi. İranlı nazirin Suriyada keçirdiyi görüşlərin mərkəzində Yaxın Şərqdə son durum və ələlxüsus İsrail-Fələstin danışıqları olub. Suriya İranla münasibətlərini mühüm və strateyi müttəfiqlik kimi səciyyələndirir. Livanın baş naziri Rafiq Həririnin qətlindən sonra Suriyanın beynəlxalq aləmdən təcrid edilməsi zamanı İran onunla dostluq əlaqələrini davam etdirən yeganə ölkə olmuşdu. Bu gün isə vəziyyət dəyişib. Suriya beynəlxalq səhnəyə qayıdışının ilk addımlarını atır. Fransa rəsmi Dəməşqə qapılarını açıb və hətta daha irəli gedərək, İranın nüvə proqramı ətrafında yaranmış böhranın çözülməsində Suriyadan kömək istəyib. Lakin Suriya təkid edir ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur. Dəməşqdən öncə Ankarada olan İran XİN rəhbəri türkiyəli həmkarı Əli Babacanla görüşüb. Danışıqlarda İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Az əvvəl Əli Babacan Ankarada olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hadli ilə görüşüb. Türkiyə xarici siyasət idarəsinin rəhbəri amerikalı diplomatı İranın nüvə proqramının dialoq yolu ilə həllinin vacibliyinə önəm verməyə çağırıb. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar