SON XƏBƏRLƏR

KÜRD TERRORÇULARI İRANDA AÇIQ FƏALİYYƏT GÖSTƏRİRLƏR_ Onlar fars şovinistləri ilə birləşərək Azərbaycan türklərini dədə-baba torpaqlarından qovmaq niyyətindədirlər

2021.10.20, 07:36
KÜRD TERRORÇULARI İRANDA AÇIQ FƏALİYYƏT GÖSTƏRİRLƏR_ Onlar fars şovinistləri ilə birləşərək Azərbaycan türklərini dədə-baba torpaqlarından qovmaq niyyətindədirlər

Gunaz.tv
KÜRD TERRORÇULARI İRANDA AÇIQ FƏALİYYƏT GÖSTƏRİRLƏR Onlar fars şovinistləri ilə birləşərək Azərbaycan türklərini dədə-baba torpaqlarından qovmaq niyyətindədirlər S.SƏDRƏDDİN 34392_1 Bu günlərdə əslən Azərbaycandan olan, hazırda Rusiyada yaşayan Həcər Əsgərov (Hejare Şamil) Moskvada "Sovet kürdlərinin ensiklopediyası" adlı kitab nəşr etdirib. Həmin kitabda Babək Xürrəmdindən tutmuş, Şah İsmayıl Xətaiyə, Xurşidbanu Natəvandan Ramiz Rövşənə qədər Azərbaycan türkünün tanınmış və görkəmli şəxsləri kürd kimi təqdim olunub. Bu azmış kimi, türk düşməni H.Şamil Azərbaycan ərazilərinin də kürdlərə aid olduğunu həmin "kitab"da göstərib. Əslində, bu sayaq "millət qəhrəmanları" belə "yaradıcılıq"ları ilə təmsil etdikləri etnik qrupun tarixi, dövlət, ictimai, siyasi şəxslərinin olmadığını sübuta yetirirlər. Bir zamanlar, elə indi də ermənilər Rusiyaya sığınaraq oxşar hərəkətlər ediblər (etməkdədirlər). Bu işin də adı "ermənilik"dir. Görünür, H.Şamil də elələrindən olmaq niyyətindədir. Başqa sözlə, belələri Moskvanın əlində oyuncaq olmağa üstünlük verirlər. Ötən əsrin ikinci onilliyində İran ərazisində yaşayan kürdlərin lideri İsmayıl Smitko da ingilis, fransız və ruslara arxalanaraq Güney Azərbaycan ərazisində türklərin soyqırımında iştirak etmişdi. Onda bu kürd liderinə "kürd dövləti" boyun olmuşdular. Amma hadisələr səngidikdən sonra bu türk düşməni də başqaları kimi elə müttəfiq saydıqlarının qurbanı olmuşdu. Bu sayaq tarixi faktlar sübut edir ki, kürdlər başqaları ilə deyil, türklərlə barış içində olduqda əmin yaşayıblar. Əslində, kürdlərin haqqı uğrunda mübarizə apardıqlarını iddia edənlər türklərə qarşı düşmənçilik etməklə perspektivdə özləri üçün ciddi problem yaradırlar. Yeri gəlmişkən bir məsələni qeyd edək ki, bu tip kürd "mübarizlər"i yalnız Güney və Quzey Azərbaycanda, Türkiyədə deyil, İraqda da türklərin dədə-baba torpaqlarına iddia etməkdədirlər. Heç kimə sirr deyil ki, İraqda hərbi əməliyyatlar başlayanda ABŞ və İngiltərə əsasən kürd "peşmərgə"lərinə üstünlük verdi. Bunun qarşılığında onlar özlərini az qala bütün İraqın yiyəsi kimi hiss etməyə başladılar. Elə ona görə də qədim türk bölgəsi olan Kərkük və Mosula kürdlər axın etdi. Bu proses indi də davam edir. Bu şəhərə köçmələri azmış kimi, onlar tarixi saxtalaşdıraraq həmin ərazilərin kürdlərə aid olduğu iddiasındadırlar. Əfsuslar olsun ki, koalisiya qüvvələri bu məsələdə ciddi yanlışlıqlara yol verərək Rusiyanın və ya keçmiş SSRİ-nin bir zamanlar müttəfiq respublikaların əhalisinin başqa etnik qrupların xeyrinə bir yerdən başqa yerə köçürmə siyasətini davam etdirir. Ən təəssüfləndirici hallardan biri də Türkiyə və Azərbaycan Respublikası rəsmilərinin bu kimi olaylara göz yummasıdır. Azərbaycan türkləri indi Ermənistan adlanan ərazidən qovulanda dövlətimizin olmadığı, Moskvanın isə ermənisevər siyasət yürütdüyü səbəb göstərilirdi. Amma indi şərait dəyişib. Bu baxımdan koalisiyanı dəstəkləyən, habelə İraqa sülhməramlı qüvvə göndərən bir dövlət kimi Azərbaycan Respublikası bu sayaq məsələlərdə öz sözünü deyə bilər. "Baybak"ın məlumatına görə, İraqın şimalındakı hökumətin Kərkükü işğalı siyasəti İrandakı kürd liderləri və ideoloqlarını da ruhlandırıb. Onlar Güney Azərbaycan torpaqlarının kürdlərə aid olması barədə çeşidli yazılı materiallar buraxmaqdadırlar. Belə ki, Azərbaycanın önəmli torpaqları, o cümlədən Qərbi Azərbaycan (Güney Azərbaycan) ərazisinə də ərazi iddiası edirlər. Keçmiş SSRİ, türk torpaqlarının hesabına Ermənistan və Tacikistan adlı iki respublika yaratdı. Bunları geri qaytarmaq hələlik mümkün olmasa da, torpaqlarımızı yeni işğallardan qorumaq yaxud bu prosesi önləmək borcumuzdur. Bu məsələdə Rusiyadan başqa qüvvələr də maraqlıdır. Bu yaxınlarda "Washington rost" saytında verilmiş xəritədə türk torpaqları kürdlərinki kimi göstərilib. Məlum olduğu kimi, bu qəzet Qərbdə ən çox oxunan və etibarlı informasiya qaynaqlarından biri sayılır. Mənbənin bildirdiyinə görə, belə xəbərləri nüfuzlu mətbu orqanı bilərəkdən və ya bilməyərəkdən də yaya bilər. Dövlət qurmaq uğrunda mübarizə aparan etnik azlıqlar bir qayda olaraq xarici güclərin əlində vətəndaşı olduğu dövlətə təzyiq vasitəsidir. Bu baxımdan "Böyük Ermənistan", "Böyük Kürdüstan" xəritələrinin meydana çıxması da həmin oyunların tərkib hissəsidir. Güney Azərbaycan Milli Hərəkatı həmişə milli haqlar uğrunda mübarizə aparan başqa milli hərəkatlarla Tehrana qarşı birgə çıxış etməyin tərəfdarı olub və bu xətti davam etdirməkdədir. Amma bu prinsipi ən çox, eləcə də, tez-tez pozan kürdlər adından çıxış edən "millətsevərlər"dir. Qərbi Azərbaycan Müdafiə Komitəsinin yaydığı xəbərlərə görə, kürd terrorçuları son illər Güney Azərbaycanın Sulduz (rəsmi adı Nəğədədir) rayonunda keçirilən idman yarışını milli münaqişəyə çeviriblər. Türklərin yarışda qalib gəlməsini həmin qrup qəbul edə bilmədiyindən dinc əhaliyə hücum edib. Ölkənin bu ərazisində kürdlərə aid olan terrorçu təşkilatlar - PKK və "Pejak" - fəaldır. Məlumata görə, İran hakimiyyəti tərəfindən bölgəyə sonradan yerləşdirilmiş kürdlər silahlandırılır. Tehranın uyğun qurumlarının başçıları əhalinin haqlı narazılığına göz yumur, bir sıra hallarda isə "onlardan terrorçulara və qaçaqmalçılara qarşı mübarizədə istifadə edirik" deməklə işini bitmiş sayır. Bu şəraitdə Azərbaycan türklərindəki ov tüfəngləri belə yığışdırılır. Qərbi Azərbaycan Müdafiə Komitəsinin "Baybak"a verdiyi məlumata əsasən, son zamanlar İranın silahlı qüvvələri ilə kürd yaraqlıları arasında baş vermiş toqquşmada iki nəfər öldürülüb, bir neçə yerli sakin yaralanıb. Yerli müşahidəçilərin fikrincə, bu silahlı qarşıdurmada kürd terrorçularının əsl məqsədi Azərbaycanın kənd və rayonlarındakı silahsız və köməksiz yerli türk əhalini vahiməyə salmaq, bu yolla həmin torpaqların boşaldılmasına nail olmaqdır. Mənbə əminliklə bildirib ki, İran hakimiyyəti İraqla savaş zamanı ələ keçirdiyi, qeydiyyata alınmayan silah-sursatı kürd terrorçularına verir. Bu silahlar kürdlərə "yabançılara qarşı mücadilə aparmaq", minalar isə bölgənin minalanması məqsədilə verilir. "Yabançı" deyərkən kürdlər və İran hakimiyyətinin türkləri nəzərdə tutduğu bildirilir. Kürdüstan əyaləti ilə sərhəddəki yerli azərbaycanlılar bu yaxınlarda yenidən hakimiyyətə müraciət edərək terrorçuların bölgədən çıxarılmasını tələb ediblər. Yuxarıda da qeyd etdiyimiz kimi, terrorçu kürdlərə bir sıra xarici dövlətlər yalnız silah-sursatla deyil, informasiyanın yayılması ilə də dəstək verir. Son bir neçə ildə Güney Azərbaycan türklərinin çeşidli etiraz aksiyası Tehran hakimiyyəti tərəfindən silahla yatırılarkən dünyanın ən nüfuzlu informasiya agentlikləri susmağa üstünlük verdi. Bu haqda xəbər yayanlar isə Tehranın mövqeyindən çıxış etdi. İraqa hücumun ilk illərində İsrail də kürdlərə üstünlük verməyə başladı. Çünki kürd siyasilər elə başa düşürdülər ki, ələ keçirməyə çalışdıqları İraqın neftlə zəngin bölgələri onların nəzarəti altında olacaq. Bu səbəbdən də onlar İsrail və başqa dövlətlərlə neft sahəsində bazarlıq edəcəklər. Amma ölkənin qəbul edilmiş yeni Ana yasasına görə neft bütün iraqlıların sərvəti elan olundu. Bu isə enerji daşıyıcılarının kürdlər tərəfindən qanuni yolla satışını müəyyən mənada əngəllədi. Bununla belə, ölkənin şimalına nəzarət edən məhəlli kürd idarəçiliyi nefti qanunsuz olaraq bazara çıxarmaqdadır. Bu haqda çoxlu sayda xəbərlər yayılıb. İsrail dövlətinin İraqda kürdlərə üstünlük verməsi müttəfiqi olan Türkiyənin təbii narazılığına səbəb olmuşdu. Oxşar addımı İsrail İrandakı kürdlərlə bağlı da atmaqdadır. "İsrailin səsi" radiosu terrorçu kürd liderlərindən birinin öldürülməsinin ildönümü ilə bağlı çeşidli yalan-yanlış xəbərlər yayıb. "Bütövaz"ın məlumatına görə, "Google" saytında belə, bu haqda yazılmış məqalələrin başlıqları saxlanılmaqdadır. Terrorçulara məxsus KİV-in yazdığına görə, Azərbaycanın Urmiya, Soyuqbulaq, Sulduz, Saqqız və Bukan kimi şəhərləri İranın Kürdüstan əyalətinin əraziləridir və burada terrorçu liderin xatirəsinə yas mərasimləri keçirilib. Maraqlısı budur ki, kürdlərin yaşadıqları rayonlarda buna dair keçirilən mərasimlər haqda məlumat yayılmayıb. Əslində, hadisə tamam başqa cür baş verib. Ölkənin bir sıra şəhərlərində işçilərin əməkhaqlarının gecikdirilməsinə etiraz olaraq aksiya keçirilib. Azərbaycanın bu şəhərlərindən olan işçilər də həmin tədbiri dəstəkləyərək aksiya keçiriblər. Kürdlərə aid KİV həmin tədbiri terrorçu liderin "anılma"sı kimi qələmə verib. Qərbi Azərbaycan əyalətinin bazarları, iş yerləri hər hansı kürdün üzünə bağlanmayıb və həmin gün yerli türklər adi həyatlarını sürüblər. "Baybak" bununla bağlı bir çox informasiya vasitəsinə xəbər yollayaraq yaydıqları xəbəri təkzib etmələrini istəyib. Mənbənin bildirdiyinə görə, araşdırma zamanı məlum olub ki, "İsrailin səsi" radiosunun fars redaksiyası Azərbaycan topaqlarının kürdlərə aid olması barədə xəbər yayımlayıb. Belə bir olay təbii olaraq bir sıra suallar yaradır: ya terrorçu kürdlər radionun inamından sui-istifadə edib, ya da bu informasiya vasitəsi öz peşəkarlığına qarşı çıxıb. Çox keçmədən həmin xəbər radionun saytından silinib. Baş vermiş səhvə açıqlama gətirilməməsi də yeni bir sual doğurub - bununla radio nəyi sübut etmək istəyir? Bundan başqa, xəbərin başlığı ana səhifədə qalmaqdadır. "Baybak"ın məlumatına görə, farsca bölümdə "Qasımlu" kəlməsini yazarkən sözügedən material ortaya çıxır. İsrail bir dövlət kimi Azərbaycan və Türkiyə ilə müttəfiqdir. Amma kürd məsələsində atdığı addımlar narazılıq yaradır. İranda kürdlərin dəstəklənməsi perspektivdə Azərbaycan türklərinin Tehrana qaçma, mərkəzəqaçma prosesinə müsbət təsir göstərə bilər. Bu isə həm Qərbin, həm də İslam Respublikası ilə bölgədə nüfuz uğrunda mübarizə aparan İsrail dövlətinin maraqlarına sözün bütün mənalarında ziddir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar