SON XƏBƏRLƏR

Türk ordusunun komandanlığı xalqa müraciət edib

2021.10.20, 07:36
Türk ordusunun komandanlığı xalqa müraciət edib

Gunaz.tv
Türk ordusunun komandanlığı xalqa müraciət edib turkiyesilahliquvvelerini.jpg Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı “Ergenekon işi” ilə bağlı vəzifədə olan bir sıra yüksək rütbəli zabitlər haqqında xidməti təhqiqat aparıldığına dair mətbuatda çıxan xəbərləri təkzib edib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Baş Qərargah Hərbi Hava Qüvvələri komandanlığında aparılan daxili təhqiqatın “Ergenekon” məsələsinə aidiyyəti olmadığını bildirib: “Üç il öncə baş verən və bir hərbçinin ordudan kənarlaşdırılması ilə nəticələnən hadisə mətbuatda qəsdən yeni olay kimi təqdim edilir. Hər fürsətdə türk ordusunu və onun mənsublarını cinayət hadisələrinin içinə çəkməyə cəhd göstərən və guya demokratiya, insan haqları müdafiəçiləri olan bəzi dairələr Türkiyənin sabitliyini pozmağa çalışır”. Baş Qərargahın açıqlamasında ən diqqət çəkən hissə isə ordu rəhbərliyinin xalqa müraciətidir: “Silahlı Qüvvələrə qarşı hücumlara qarşı yalnız türk ordusu deyil, onun gerçək sahibi olan türk milləti də qanuni və demokratik etirazını bildirməlidir”. Qeyd edək ki, Türkiyənin bəzi mətbuat orqanları Hərbi Hava Qüvvələrində gizli təşkilat yaradıldığı və 20-dən çox zabitin “Ergenekon”la əlaqəli olan bu təşkilatda yer aldığı barədə xəbərlər yaymışdılar. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar