SON XƏBƏRLƏR

Xocalı ilə bağlı TBMM-ə qanun layihəsi təqdim edilib

2021.10.20, 07:36
Xocalı ilə bağlı TBMM-ə qanun layihəsi təqdim edilib

Gunaz.tv
Xocalı ilə bağlı TBMM-ə qanun layihəsi təqdim edilib Türkiyə Böyük Millət Məclisinə Xocalı soyqırımının tanınması və hər il fevralın 26-da məclisdə bu faciənin qeyd edilməsi barədə layihə təqdim edilib. Bu barədə məlumatı "OLAYLAR"İA-ya bu günlərdə Türkiyədə səfərdə olan Samir Turan verib. Bildirib ki, Türkiyə Böyük Millət Məclisinə təqdim edilən layihə məclisdə müzakirəyə çıxarılıb və 76 lehinə və 4 nəfər əleyhinə olmaqla layihə TBMM-də qəbul edilib. Qeyd edək ki, qanun layihəsində ermənilərin 1992-ci il, fevralın 26-sı tarixində Xocalıda törətdikləri vəhşiliklər, eləcə də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar barədə faktlar yer alıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar