İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
- Dilimizi, tariximizi, adətlərimizi unutmaq istəmirik. Ölkədəki millətlər qazanında bişsək də, əriyib yox olmaq fikrimiz yoxdur. Buna görə də bizi qınayır, yerli cəmiyyətə inteqrasiya olmamaqda suçlayırsınız. Lakin inteqrasiya ikitərəfli olmalıdır: birtərəfli hərəkət yalnız assimilyasiyadır. İndi vicdanınıza qulaq asıb deyin: bizimlə ədalətlə davranırsınız? ... Aftandil Qurbanov danışdıqca səsini qaldırırdı. Onu sinirləndirən Tiflisdən gələn məmurların illərdən bəri deyilənləri təkrarlaması, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək üçün konkret iş görməyə çalışmamalarıydı. Onun sözlərinə görə, il başlayandan bəri artıq dördüncü dəfədir ki, Tiflisdəki hakimiyyət mənsubları Borçalıya gəlir, danışır, vədlər verirlər. Amma onlar geri dönəndən sonra heç nə dəyişmir. "Elə bil bizi küt, müti insanlar bilirlər. Bura gələndə gürcülərlə azərbaycanlıların qardaş olmalarından bəhs edirlər, amma sonra heç də dəyişmir, münasibətlər olduğu kimi qalır, problemlərin çözülməsini xahiş edəndə də daş atıb başlarını tuturlar. Öz dilimizdə danışmağı da bizə qəbahət bilir, gürcü dilini bilmədiyimizə görə inteqrasiya olmadığmızı söyləyirlər. Buyurun, gürcü dilində səlis danışır və yazıram. Amma mənə ən kiçik vəzifə, yamanın yaman günündə bələdiyyədə qarovulçuluq təklif edən varmı? Belədirsə, gürcü dilini bilmək mənə, iki diplomu olan adama gərəkdirmi?! Anlayın, vəzifə-filan istəmirəm. İstəyim bizə danışılan yalanlarına son qoymalarıdır", - "Sivil Gürcüstan" cəmiyyətinin direktor müavini A.Qurbanov söyləyir. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yelena Tevdoradze və Kvemo-Kartlinin qubernatoru David Kirkitadze isə regionda yaşayan milli azlıqlarla görüşlərindən çox razı qalıblar. Vilayət administrasiyasının binasında keçirilən görüşdə qamqebelilər (rayon icra hakimiyyətlərinin başçıları, - H.B) də iştirak ediblər. "Sual-cavab rejimində keçən görüşdə əsas müzakirə mövzusu mlli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı məsələlərdi. Azərbaycanlılar dedilər ki, onların inteqrasiyasının qarşısını alan əsas problem gürcü dilini bilməmələri və ya zəif bilmələridir. Bu səbəbdən də regiondakı gənclərin əksəriyyəti ali təhsil almaq üçün Azərbaycana yollanırlar. Azərbaycanlılar xahiş etdilər ki, onların kəndlərində təlim-tərbiyə və təhsil prosesinin gürcü dilində aparıldığı uşaq bağçaları ilə məktəblər açılsın. Görüş iştirakçılarının fikrincə, belə olarsa azərbaycanlıların cəmiyyətə inteqrasiyası daha intensiv xarakter alar. Təbii ki, bu zaman azərbaycanlıların mədəniyyət və dilləri qorunub saxlanacaq", - Y.Tevdoradze söylədi. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartlinin qubernatoru David Kirkitadze də bu fikirdədir. Onun sözlərinə görə, bölgədəki azərbaycanlıların qarşılaşdıqları problemlərdən biri də gürcü dilini bilməmələridir. "Bu səbəbdən də onlar dövlət və bələdiyyə strukturlarında çalışa bilmir, Gürcüstan siyasətində saylarına uyğun çəkini qazanmırlar. Səmimiyyətlə deyirəm ki, azərbaycanlıların hakimiyyətdə daha miqyaslı şəkildə təmsil olunmalarını, onların ictimai-siyasi həyatda daha fəal rol oynamalarını istəyirik. Lakin tək istək azdır - iş görmək lazımdır", - D.Kirkitadze dedi. Qubernator onu da vurğulayır ki, hazırda Kvevo-Kartlidəki dövlət hakimiyyəti, hüquq-mühafizə, məhkəmə orqanları və bələdiyyə strukturlarında çalışan azərbaycanlıların sayı azdır. Bu statistikanı yaxşılaşdırmağın yeganə yolu isə cəmiyyətə inteqrasiya prosesini sürətləndirməkdir. Kvevo-Kartlidəki dövlət və bələdiyyə strukturlarında soydaşlarımızın təmsilçiliyi ilə bağlı statistika gerçəkdən də, ürəkaçan deyil. "Ekspress" əməkdaşının əldə etdiyi məlumatlara görə, hazırda 340 minə yaxın azərbaycanlının yaşadığı vilayətin hüquq-mühafizə orqanlarında 56, məhkəmələrində 22, kütləvi informasiya vasitələrində 11 bələdiyyə strukturlarında - 29 soydaşımız çalışır. Müqayisə üçün ermənilərin kompakt yaşadıqları Samstxe-Cavaxetiyada müvafiq göstəricilər dəfələrlə çoxdur. Daha konkret olsaq, burada hüquq-mühafizə orqanlarında 124, məhkəmələrdə - 43, kütləvi informasiya vasitələrində - 38, bələdiyyə strukturlarında isə 82 erməni işləyir. Ermənilərin Tiflisdəki mərkəzi hakimiyyət orqanları, Gürcüstanın hüquq-mühafizə sistemi, kütləvi informasiya vasitələri, parlament və məhkəmələrdə, habelə iqtisadi strukturlarda təmsilçiliyinin hansı səviyyədə olduğunu sadəcə, bir rəqəm səciyyələndirir: "Rezonansi" qəzetinin bu yaxınlarda apardığı reytinq-sorğu nəticəsində məlum olub ki, Gürcüstanın "Ən nüfuzlu 500 vətəndaş" siyahısında 231, "Ən nüfuzlu siyasətçilər"də - 12, "Ən zəngin iş adamları" reytinqində isə 78 erməni var. Həmin reytinq siyahılarının heç birində azərbaycanlıların adları çəkilmir. Halbuki Gürcüstan İş Adamları Assosiasiyası və Maliyyə Nazirliyinin açıqlamalarına görə, Azərbaycanın şirkətləri ölkə iqtisadiyyatında yetərincə önəmli yer tutmağa başlayıblar. "Azpetrol" şirkətinin Gürcüstandakı nümayəndəliyi, habelə ARDNŞ-a məxsus "SOCAR Georgia"nın Gürcüstanın yanacaq-energetika bazarında oynadığı rolu nəzərə alanda, iş adamlarımızın Tiflisdə hələ də təsir imkanlarını gücləndirə bilməmələri yalnız təəsüf hissi doğura bilər. Gürcü dilini bilmədiklərinə görə azərbaycanlıların yerli cəmiyyətə zəif inteqrasiya olmalarına gəldikdə isə, soydaşlarımız hesab edirlər ki, Tiflisin hakimiyyət dairələrinin arqumentləri əsassızdır. "Samstxe-Cavaxetiyadakı ermənilərin 89%-i gürcü dilini bilmirsə, bizdə bu göstərici 78%-ə bərabərdir. Amma hakimiyyət strukturlarında ermənilərlə azərbaycanlıların təmsil olunmaları səviyyəsini müqayisə edəndə artıq sözə ehtiyac qalmır. Gürcüstanın hakimiyyət dairələri milli azlıqların, xüsusilə də azərbaycanlıların problemlərini həll etmək əvəzinə ümumi ibarələrlə zəngin bəyanat və çıxışlar edir, xalqlarımızın qardaşlığından danışırlar. Anlayırıq ki, bu sözlərin arxasında duran məqamlardan biri də Azərbaycanın Gürcüstana çox ucuz qiymətə verdiyi enerji daşıyıcılarıdır. Amma belə də davam edə bilməz. Tiflis bizi eşitmir", - Gürcüstan Azərbaycanlıların Milli Mərkəzinin sədri Nofəl Səidov əməkdaşımıza bildirdi. Həsən AĞACAN express
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda