SON XƏBƏRLƏR

Ermənipərəstlərin istədiyi olmadı

2021.10.20, 07:36
Ermənipərəstlərin istədiyi olmadı

Gunaz.tv
Ermənipərəstlərin istədiyi olmadı Konqresin Nümayəndələr Palatasının Alt Komitəsi Azərbaycana hərbi yardımları azaltmaq təklifini rədd etdi ABŞ Konqresinin Ermənistana dəstək qrupunun həmsədri Co Nollenberqin 2009-cu ildə Azərbaycana hərbi yardımın miqdarının azaldılmasına dair Nümayəndələr Palatasına göndərdiyi sənəd rədd edilib. Konqresin aşağı palatasının Alt Komitəsində ABŞ-ın 2009-cu il ilin dövlət büdcəsinə dair keçirilən müzakirələr zamanı bədnam sənəd 1 səs fərqi ilə qəbul edilməyib. Nollenberq öz təklifini Azərbaycanın hərbi potensialını durmadan artırması, Ermənistanın ünvanına döyüş ovqatlı bəyanatlar verməsi ilə əlaqələndirməyə çalışırdı. "Panarmenian"ın xəbərinə görə, Nollenberq və Amerika Erməni Assambleyasının rəhbəri Aram Abramyan jurnalistlərə bildiriblər ki, erməni icmasının dostu sayılan konqresmen Nita Lovey və onun rəhbərlik etdiyi komitə üzvlərinin belə addım atacağını gözləmirlərmiş. Nümayəndələr Palatasının Alt Komitəsində gələn il ABŞ-ın Azərbaycan və Ermənistana 52 milyon dollar, Dağlıq Qarabağa 8 milyon dollar məbləğində hərbi yardım ayrılmasına dair sənəd qəbul edilib. X. Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar