SON XƏBƏRLƏR

Milli təhlükəsizliyin mənəvi-əxlaqi aspektləri haqqında

2021.10.20, 07:36
Milli təhlükəsizliyin mənəvi-əxlaqi aspektləri haqqında

Gunaz.tv
Milli təhlükəsizliyin mənəvi-əxlaqi aspektləri haqqında Ailə tərbiyəsi və gənclərin dünyagörüşünün formalaşması Azərbaycanın Milli Təhlükəsizlik Strategiyasının hazırlanması dövlətçilik üçün vaz keçilməyən bir işdir. Ölkə prezidentinin tapşırığı ilə bunun üzərində iş getdiyi məlumdur. Məsələnin mənəvi tərəfi də olduqca ciddi əhəmiyyəti olan problemdir. Çüni müasir cəmiyyətlər üçün mənəviyyat və əxlaq həlledici rol oynayan faktorlardır. Milli təhlükəsizliyin mənəvi aspektini isə daha çox alimlər və peqaqoqlar işləməlidirlər. Daha doğrusu, onların bu prosesdə ciddi əməyi olmalıdır. Şübhəsiz ki, Azərbaycan ziyalısı bu borcunu verə biləcək. Burada vətəndaşlar üçün də əhəmiyyəti olan bir çox məqamlara aydınlıq gətirmək istərdik. Bəzən milli təhlükəsizlik deyəndə dövlət qurumları və xüsusi ziyalı qrupunun üzərinə düşənləri təsəvvür edirlər. Ancaq məsələnin xeyli hissəsi vətəndaşlara bağlıdır. Çünki təhlükəsizlik hər şeydən öncə cəmiyyətin mövcudluq şərtlərinin saxlanmasıdır. Bu isə birbaşa fərdlərə bağlı olan məsələdir. Doğrudur, dövlətin mövcud olduğu bir şəraitdə xüsusi qurumların rolu həlledici olur. Lakin o da inkaredilməz faktdır ki, cəmiyyətin "mənəvi immun sistemi" olmasa, heç bir xüsusi qurum uzun müddət təhlükəsizliyi təmin edə bilmir. Ona görə də müasir dövlətlərdə milli təhlükəsizlikdə vətəndaşların rolu məsələsi çox ciddi nəzərə alınır. Biz də məsələyə həmin prizmadan yanaşıb, azərbaycanlıların milli təhlükəszliyin təmin edilməsinə dəstəklərini vurğulamaq istərdik. Burada hər şeydən öncə mənəvi və əxlaqi aspektə diqqət yetirmək lazımdır. Azərbaycanlı ailəsi tərbiyəli, millətinə və dövlətinə bağlı övlad böyüdürsə, milli təhlükəsizliyə çox böyük töhfə vermiş olur. Bir misalı qeyd edək. Bir neçə il öncə Rostovlu bir erməni maskalanaraq Azərbaycanda "Allah ordusu" adlı terror qurupu yaratmışdı. Həmin qrupda əmrləri yerinə yetirənlərin hamısı azərbaycanlı idi. Əgər həmin uşaqları mənəvi və əxlaqi cəhətdən mətin tərbiyə etsəydilər, ayıq olar və düşmən hiyləsinə getməzdilər. Və yaxud indi məlumatlar verilir ki, bəziləri insan alveri ilə məşğul olur. Onlar bölgələrdən qızları və qadınları toplayıb, xarici ölkələrdə müxtəlif növ istismara məruz qoydururlar. Hətta çox amansız və insafsız davranırlar. Bu adamlar harada yetişirğ Hansı amillər onların psixologiyasında öz millətinin nümayəndəsinə və xüsusilə qadına qarşı bu qədər amansızlıq formalaşdırırğ Təbii ki, səbəblər çox ola bilər, ancaq onların sırasında ailə tərbiyəsi daha böyük rol oynayır. Ailədə övlada Azərbaycan ənənəsinə uyğun tərbiyə vermək dövlətçiliyə böyük dəstəkdir. Təbii ki, milli təhlükəsizlik məsələsini ənənəvi ailə tərbiyəsi işinin məhdud çərçivəsinə sıxışdırmaq fikrimiz yoxdur. Biz, valideyn olaraq vətəndaşların cəmiyyətin və dövlətin təhlükəsizliyinə hansı xidmətləri göstərə biləcəyini qeyd edirik. Eyni zamanda, gənclərin özlərinin də üzərinə məsuliyyət düşdüyünü vurğulamaq istərdik. Milli təhlükəsizlik həm də cəmiyyətin gələcəyini təhlükəsiz qurmaqdan ibarətdir. İndi gənclərimizi yoldan çıxarmaq üçün müxtəlif ideoloji priyomlara əl atırlar. Dini missionerlərin planları buna misal ola bilər. Missionerlər çox müxtəlif üsullarla gənclərin qəlblərini və beyinlərini əlimizdən almağa çalışırlar. Onlar azərbaycanlı gənclərin öz millətinə və toplumuna yox, kənara bağlı olması yönündə sistemli işlər görürlər. Buna artıq şübhə yoxdur. Hətta orta məktəb yaşlı uşaqları belə müxtəlif ad altında öz sıralarına qatmağa çalışırlar. Bu da milli təhlükəsizliyə ən böyük təhlükələrdən biridir. Gənclərin dünyagörüşlərinin dəyişməsi bütün digər təhlükələrdən daha qorxuludur. Çünki söhbət gələcək vətəndaşların sosial mövqeyindən gedir. Əgər burada millətin və dövlətin marağına uyğun olmayan məqamlar varsa, onların mənfi təsirini neytrallaşdırmaq xeyli çətindir. Gənclərin dünyagörüşlərinin dövlətin maraqlarına uyğun formalaşdırılması məsələsi sistemli və ardıcıl proqramların yerinə yetirilməsini tələb edir. Milli Təhlükəsizliyin mənəvi-əxlaqi aspektləri çoxparametrli məsələdir. Onun sistemli və dərindən öyrənilməsi gərəkdir. Bununla yanaşı, vətəndaş və valideyn səviyyəsində tərbiyəyə çox ciddi fikir vermək lazımdır. Təməldə sağlamlıq olacaqsa, sonrakı mərhələdə gənclərin dünyagörüşü üzərində işləmək bir qədər asan olacaq. O baxıdan milli təhlükəsizlik hər yerdə hər birimizin davranışından, qəbul etdiyi mənəvi qərarlardan çox asılıdır. O, bizim fiziki və mənəvi təhlükəsizliyimiz deməkdir. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar