SON XƏBƏRLƏR

Ermənilər kilsələrindən kafe və restoran düzəldirlər

2021.10.20, 07:36
Ermənilər kilsələrindən kafe və restoran düzəldirlər

Gunaz.tv
Ermənilər kilsələrindən kafe və restoran düzəldirlər ermen-tarixi-kafe.jpg Ermənistanın bir çox tarixi abidələri pis vəziyyətdədir və onları kafe və restoranlara çevirirlər. Lent.az-ın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransı zamanı “Era” ictimai təşkilatının sədri Samvel Karapetyan bildirib. Ekspert bildirib ki, artıq YUNESKO belə erməni tarixi abidələrini qorumaqdan imtina edir. Məsələn, YUNESKO-ya Noravank kilsəsini himayəyə götürmək təklif olunub. Tarixi abidəyə baxış keçirmək üçün gələn təşkilat nümayəndələri isə kilsənin ərazisindəki kafeni görən kimi geri qayıdıblar. Onlar çox ciddi tələblərinin olduğunu və dövlətin qorumaq istəmədiyi ərazidə heç bir iş görməyəcəklərini vurğulayıblar. Karapetyan digər tarixi abidələri də anoloji tale gözləyə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yerli administrasiya rəhbərləri şəxsi maraqlarını daha önə çəkərək kilsələrin ərazisini restoranlara çevrirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar