SON XƏBƏRLƏR

Türkiyənin inkişafının zəmanəti Atatürk ideyalarıdır

2021.10.20, 07:36
Türkiyənin inkişafının zəmanəti Atatürk ideyalarıdır

Gunaz.tv
"Türkiyənin inkişafının zəmanəti Atatürk ideyalarıdır" xalarhaciyev.jpg Xanlar Hacıyev: "Yaxın gələcək göstərəcək ki, Türkiyə dünyəviliyin müdafiəsi yolunda davam etsə, onun çox böyük gələcəyi olacaq" İnsan Haqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev Türkiyə Konstitusiya Məhkəməsinin ölkədə baş örtüyü ilə bağlı qadağanı qüvvədə saxlamasını dəstəkləyir. "Türkiyənin Konstitusiya Məhkəməsi dünyəvilik prinsipini müdafiə etdi və bu qərar ölkənin gələcəyi üçün çox mühüm addımdır". Bu barədə Xanlar Hacıyev Trend News-a açıqlamasında bildirib. Xanlar Hacıyevin sözlərinə görə, Türkiyənin Konstitusiya Məhkəməsi bu qərarı çıxarmaqla çox mühüm bir addım atıb. O, Avropa Məhkəməsinin də baş örtüyü qadağasının ləğvi ilə bağlı iddiaları təmin etmədiyini xatırladıb: "Baş örtüyünə görə ali məktəbdən xaric edilmiş İstanbul Universiteti tibb fakültəsinin tələbəsi Leyla Şahin Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmiş, lakin onun şikayəti 2004-cü ildə təmin olunmamaşdı. Türkiyənin Konstitusiya Məhkəməsi də bu qərarı dəstəkləmişdi" - deyən Xanlar Hacıyev əlavə edib ki, Konstitusiya Məhkəməsi faktiki olaraq, Avropa Məhkəməsinin əvvəlki qərarını yenidən təkrarladı. Hacıyev hesab edir ki, Konstitusiya Məhkəməsinin baş örtüyünə qoyulan qadağanı qüvvədə saxlaması ölkənin dünyəvilik prinisplərinə sadiq qalmasına və uğurlu gələcəyini təmin etməyə yönəlib: "Türkiyədə bəzi insanlar bunun mahiyyətini, əhəmiyyətini başa düşmürlər. Ancaq yaxın gələcək göstərəcək ki, Türkiyə dünyəviliyin müdafiəsi yolunda davam etsə, onun çox böyük gələcəyi olacaq, siyasi, iqtisadi, sivil, hüquqi, demokratiya baxımından böyük nailiyyətlər əldə edəcək. Yox, əgər bu cür davam etməsə, onda Türkiyə üçün başqa cür nəticələr olacaq". Hacıyev qeyd edib ki, baş örtüyünə sərbəstlik verilməməsi insan haqlarının pozulması demək deyil. Dinlə dövlətin bir-birindən ayrı olduğunu xatırladan hakim əlavə edib ki, Türkiyə dövləti dünyəvilik əsasında qurulduğu üçün, bu prinsiplərə də sadiq qalmalıdır: "Türkiyənin inkişafının zəmanəti olan Atatürk ideyaları, onun qoyduğu ənənələr davam etdirilərsə, ölkə davamlı inkişafda olacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar