SON XƏBƏRLƏR

Qətər Yaxın Şərqin ən varlı dövlətidir

2021.10.20, 07:36
Qətər Yaxın Şərqin ən varlı dövlətidir

Gunaz.tv
Qətər Yaxın Şərqin ən varlı dövlətidir qeter-reytinq.jpg Qətər Yaxın Şərqin ən varlı dövlətinə çevrilib. Lent.az-ın “The Peninsula” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qətər Milli Bankı açıqlama yayıb. 2007-ci ilin yekununa görə, ölkənin hər sakininə düşən Ümumi Daxili Məhsulun göstəricisi 76 min dollar təşkil edib. 2001-ci ildə bu göstərici 21 min dollar təşkil edirmiş. Beləliklə, altı il ərzində Qətərdə həyat səviyyəsi 2,8 dəfə yaxşılaşıb. Müqayisə üçün qeyd edilir ki, əhalisi 28,2 milyon nəfər olan Səudiyyə Ərəbistanında ÜDM 376 milyard dollardır. Hesablama göstərib ki, Səudiyyə Ərəbistanında hər bir sakinə düşən ÜDM 23,2 min dollar təşkil edir. Dünya qaz ehtiyatının 14 faizi Qətər ərazisində yerləşir. Ölkə 2007-ci ildə maye qazın ən böyük istehsalçısı və ixracatçısına çevrilib. Bundan əlavə, Qətərin neft yataqlarında 15 milyard barrel neft var. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar