SON XƏBƏRLƏR

NATO Ermənistanın işğalçı imicini aradan qaldırır

2021.10.20, 07:36
NATO Ermənistanın işğalçı imicini aradan qaldırır

Gunaz.tv
NATO Ermənistanın işğalçı imicini aradan qaldırır nato.jpg "Azərbaycan "Sea Breeze-2008" hərbi təlimlərdə iştirakını dayandırmalıdır" Qarabağ Azadlıq Təşkilatı (QAT) Ukraynanın ərazisində NATO tərəfindən keçirilən "Sea Breeze-2008" hərbi-dəniz təlimlərində Azərbaycan hərbiçilərinin işğalçı Ermənistan ordusunun nümayəndələrilə birgə iştirakını qətiyyətlə pisləyir. QAT hesab edir ki, Azərbaycan hakimiyyətinin bu hərəkəti Ermənistanın ölkəmizə qarşı törətdiyi işğal və terror faktlarının üzərindən sükutla keçməsindən başqa bir şey deyildir. Beynəlxalq təşkilatlar, o cümlədən NATO Ermənistanı bu cür tədbirlərə cəlb etməklə ermənipərəst məqsəd güdür və Ermənistanın təcavüzkar dövlət imicini aradan qaldırmağa çalışırlar. Rəvan Ona görə də Azərbaycan prinsipial və ardıcıl mövqe tutmalı, işğalçı dövlətin beynəlxalq tədbirlərə dəvət olunmasına imkan verməməli, yaxud Ermənistanın iştirak etdiyi tədbirlərə, xüsusilə də hərbi təlimlərə qatılmamalıdır. Sənəddə bildirilir ki, Azərbaycanın ciddi arqumentlərlə əsaslandırılmış mövqeyini beynəlxalq təşkilatlar başa düşməli və qəbul olunmalıdır. Azərbaycan bu tədbirlərdə işğalçı dövlətlə birlikdə iştirakdan imtina etməklə həm də növbəti dəfə Ermənistanı dünya birliyi qarşısında ifşa etməli, beynəlxalq təşkilatların diqqətini bir daha işğal faktına cəlb olunmalıdır. İşğalçı dövlətə heç bir beynəlxalq qurumda, tədbirdə yer yoxdur: "Beynəlxalq təşkilatlar digər təcavüzkar və antidemokratik dövlətlərə qarşı bu mövqedən çıxış edir, lakin bu mövqeni Ermənistana şamil etmir və ikili standartlar mövqeyi tuturlar. Ona görə də Azərbaycan bu cür ikili standartlar xəttinin həyata keçirilməsində alətə çevrilməməli və dərhal bu hərbi təlimlərdə iştirakını dayandırmalıdır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar