SON XƏBƏRLƏR

Kenterberi yepiskopundan şok açıqlama:Xristianlıq İslam üçün təhqirdir

2021.10.20, 07:36
Kenterberi yepiskopundan şok açıqlama:Xristianlıq İslam üçün təhqirdir

Gunaz.tv
"Xristianlıq İslam üçün təhqirdir" Kenterberi yepiskopundan şok açıqlama: Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Rouen Uilyams müsəlmanların dini liderlərinə ünvanladığı açıq məktubda etiraf edib ki, xristianlığın əsas prinsipləri müsəlmanlar üçün təhqiramizdir. Onun məktubu 143 İslam alimi və üləmasının 2007-ci ildə xristian təriqətlərinin rəhbərləri, o cümlədən Roma Papası XVI Benediktə yolladıqları müraciətə cavabdır. Rouel Uilyamsın məktubu və üləmaların müraciəti dünyanın iki ən böyük dininin arasında əlaqələrin güclənməsinə və dialoqun yaranmasına xidmət edir. İslam və xristianlıq arasındakı fərqlərdən bəhs edərkən anqlikan kilsəsinin rəhbəri yazıb: "Xristianlıqdakı Müqəddəs Yçlük - Tanrının vəhdəti (Ata, Oğul və Müqəddəs Ruh) doktrinası əksər müsəlmanlar üçün təhqiredici və qəbuledilməzdir. Çünki bu anlayış İslamdakı vahid və qüdrətli Allah anlamına ziddir. İki dinin tarixinə nəzər salanda görərik ki, onlar çox vaxt imperiyaların yaradılması, insanlar üzərində nəzarətin bərqərar olması və onların azadlıqlarının tapdanmasına xidmət edib". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar