SON XƏBƏRLƏR

ABŞ İSTƏYİR Kİ, ABDULLA GÜL İRƏVANA GETSİN

2021.10.20, 07:36
ABŞ İSTƏYİR Kİ, ABDULLA GÜL İRƏVANA GETSİN

Gunaz.tv
ABŞ İSTƏYİR Kİ, ABDULLA GÜL İRƏVANA GETSİN abdulla_gul.jpg «Hürriyət» qəzeti: «Ağ Ev iki qonşu ölkə arasında əlaqələrin nomallaşması ilə bağlı müzakirələrin aparılmasını arzulayır» ABŞ administrasiyası ümid edir ki, Türkiyə prezidenti Abduülla Gül, Ermənistanın dövlət başçısı Serj Sarkisyanın sentyabrda Ermənistan və Türkiyə millilərinin qarşılaşmasını birgə izləməklə bağlı dəvətini qəbul edəcək. Bu barədə məlumatı Türkiyənin «Hürriyət» qəzeti yayıb. Qəzetin məlumatına görə, ABŞ rəsmilərindən biri bildirib ki, Ağ Ev iki qonşu ölkə arasında əlaqələrin nomallaşması ilə bağlı müzakirələrin aparılmasını arzulayır. Qəzet yazır ki, Türkiyə, 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Lakin Ermənistanın qondarma soyqırım iddiaları ölkələr arasında diplomatik əlaqələrin qurulmasına mane olur. Qəzetdə o da bildilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra Türkiyə-Ermənistan sərhədləri bağlanıb. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan, iyulun 5-də Astanada Türkiyə prezidentini İrəvana dəvət edib. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar