SON XƏBƏRLƏR

İranda muğaç musiqisinə sayqısızlıq edənlərə etiraz olaraq, Abbas Nikrəvan yarışmadan ayrılıb!

2021.10.20, 07:36
İranda muğaç musiqisinə sayqısızlıq edənlərə etiraz olaraq, Abbas Nikrəvan yarışmadan ayrılıb!

Gunaz.tv
İranda muğaç musiqisinə sayqısızlıq edənlərə etiraz olaraq, Abbas Nikrəvan yarışmadan ayrılıb! mugam.jpg Ərdəbildə dünən başlamış olan iki günlük Azərbaycan muğam musiqisi yarışmalarında olay yaşandi. Ərdəbildən aldığımız bilgilərə görə, İlk 12 nəfər içində yer alan Abbas Nikrəvan, etiraz olaraq yarışmalardan ayrıldığın elam edərək bir bildiri yayıb. Bildiridə vəzifələrindən suistifadə edən Bati Azərbaycan musiqi yetkililərin qınayan cənab Nikrəvan, İran adlanan ülkədə Azərbaycan kültürünə və muğam musiqisinə sayqısızlıq və saymamazlıqlardan şikayətçi olduğun bildirib. Abbas Nikrəvan artırıb ki gələcək nəsillər bu sayqısızlıği bağışlamayacaq. Cənab Nikrəvan Salmas şəhrində musiqi yetkilisi olub, bir çoxlu musiqi ödül sahibidir və geçmişdə muğam musiqisi yarışmalarında birinci məqami əldə edibdir. BayBak artırır ki cənab Nikrəvan milli düşüncəsinə görə Fars dostağlarına düşüb. Onu bağımlılarla (narkoman) biryerdə saxlayan Fars memurlari, cənab Nikrəvana ruhi və cismi işkəncələr veriblər. Cənab Nikrəvani GAMOH tərəfdarlıği, Baybək əksi evdə saxlamağ və Pan-Türkism kimi suçlara görə Xoy şəhrində İran İslam məhkəməsində cəzalandırıblar. Azərbaycanın Salmas şəhrində olan bu milli fəal bir çoxlu kültürəl çalışmalara imza atıb. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar