SON XƏBƏRLƏR

Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti daha 5 min nəfər artırılacaq

2021.10.20, 07:36
Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti daha 5 min nəfər artırılacaq

Gunaz.tv
Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti daha 5 min nəfər artırılacaq Tiflis-APA. Gürcüstan parlamenti Silahlı Qüvvələrin şəxsi heyətinin 32 min nəfərdən 37 min nəfərədək artırmağı planlaşdırır. APA-nın məlumatına görə, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Qivi Tarqamadze bildirib ki, ordunun şəxsi heyətinin artırılması zərurəti Rusiyanın Gürcüstan ərazilərinə aqressiv siyasəti ilə əlaqədardır. Parlamentdə keçiriləcək müzakirələr Gürcüstanın Rusiyadakı səfiri Erosi Kiçmarişvili də dəvət olunub. Müzakirələr qapalı keçiriləcək. apa ------------------------------------------------------------------ Yunanıstanda 6,3 bal gücündə zəlzələ baş verib Afina-APA. Yunanıstanın Rodos adası yaxınlığında Rixter şkalası üzrə 6,3 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, zəlzələnin episentri Egey dənizinin cənub-şərqinə düşüb. Yeraltı təkanlar Peloponnes yarımadasında, Kiprdə və Türkiyənin Egey sahillərindəki adalarında da hiss olunub. Zəlzələ nəticəsində 56 yaşlı bir qadının dünyasının dəyişdiyi bildirilir. Hələlik dağıntılar barədə məlumat yoxdur. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar