SON XƏBƏRLƏR

Güney Azərbaycanın milli hərəkat fəalı Vəhid Bahadiri həbs cəzasını başa vurdu

2021.10.20, 07:36
Güney Azərbaycanın milli hərəkat fəalı Vəhid Bahadiri həbs cəzasını başa vurdu

Gunaz.tv
Güney Azərbaycanın milli hərəkat fəalı Vəhid Bahadiri həbs cəzasını başa vurdu vehidbahari.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 23 yaşlı milli fəal Vəhid Bahadiri keçən il Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək bir müddət ağır işgəncəyə məruz qaldıqdan sonra qondarma İnqilab məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Ona qarşı irəli sürülən ittihamlar İranın ərazi bütövlüyünü parçalamaq, pantürkist hakimiyyətini qurmaq, islam hakimiyyəti əleyhinə təbliğ etmək ittihamları verilmişdir. Xatırladaq ki, Urmiyə həbsxanasının 13-cü bəndində saxlanılan soydaşımız həbsxana məmurları tərəfindən təzyiqlərə məruz qalmış və qəhrəmancasına 4 ay həbs cəzasını başa vurmuş, dünən 15 iyul 2008-ci il tarixində Urmiyə həbsxanasından azadlığa buraxılmışdır. Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Öyrənci Hərəkatı və Milli Hərəkatı soydaşımızın azadlığı münasbiətilə onun ailəsini və bütün milli hərəkat fəallarını təbrik edir. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar