SON XƏBƏRLƏR

Dövlət Departamentindən Rusiyaya hədə bəyanatı

2021.10.20, 07:36
Dövlət Departamentindən Rusiyaya hədə bəyanatı

Gunaz.tv
Dövlə Departamentindən Rusiyaya hədə bəyanatı uvahxuz0.gif Amerika rəsmi Moskvadan Gürcüstanın ərazi bütövlüyünə hörəmt etməyi tələb edir Corc Buş administrasiyası Rusiyanın ona məxsus hərbi təyyarələrin Gürcüstan sərhəddini qəsdən keçməsi haqqında bəyanatından "təşvişə düşüb" və Abxaziya və Cənubi Osetiyada bu yaxınlarda vəziyyətin gərginləşməsindən narahatdır. Bu barədə ABŞ dövlət departamentinin bazar ertəsi yayılmış bəyanatında deyilir. «Biz Rusiyanın hərbi təyyarələrinin Gürcüstanın Cənubi Osetiya ərazisi üzərində uçuş həyata keçirərək, Gürcüstanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhəddini qəsdən pozması haqqında bəyanatından təşvişə düşmüşük. Belə aksiyalar Rusiyanın sülhməramlı və danışıqların təminatçısı kimi rolunu sual altına qoyur, habelə, bütün regionun sabitliyi üçün təhlükədir", - deyə bəyanatda qeyd edilib. Sənəddə qeyd edilib ki, "ABŞ Gürjüstanın Cənubi Osetiya və Abxaziya regionlarında bu yaxınlarda zorakılığın güclənməsindən narahatdır və bütün tərəfləri birbaşa danışıqlara qayıtmağa və fikir ayrılıqlarını sülh yolu ilə tənzimləməyə çağırır». «Biz beynəlxalq ictimaiyyət üzvlərini, o cümlədən Rusiyanı BMT TŞ-nin çoxsaylı qətnamələrində, həmçinin 2008-ci ilin aprelində qəbul edilmiş 1808 saylı qətnaməsində deyildiyi kimi, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tanımağa çağırırıq", - deyə sənəddə qeyd edilib. «ABŞ BMT Baş Katibinin Dostları prosesini tam dəstəkləyir, onda fəal iştirak edir və hesab edir ki, dostlar qrupunun səyləri Abxaziya və Cənubi Osetiyada münaqişələrin həllinə gətirib çıxaracaq», - deyə Dövlət Departamentinin bəyanatında qeyd edilib. (Turan) bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar