SON XƏBƏRLƏR

“Güney Azerbaycanı Elçibəy sindiromundan qoruyaq” yazısına ötəri bir baxış:Söz qonusu Elçibəy deyil!_Xezer Guneyli

2021.10.20, 07:36
“Güney Azerbaycanı Elçibəy sindiromundan qoruyaq” yazısına ötəri bir baxış:Söz qonusu Elçibəy deyil!_Xezer Guneyli

Gunaz.tv
“Güney Azerbaycanı Elçibəy sindiromundan qoruyaq” yazısına ötəri bir baxış: Söz qonusu Elçibəy deyil! Yaxın zamanlarda Güney Azərbaycan milli hərəkətinin simbolu ilə bağlı Güney Azərbaycan milli çalışqanları tərəfindən bir müarciət yayılmışdır. Müraciət yayılmadan öncə və sonrasında net sitəsi və qruplarda geniş söhbət və mübahisələr başlanmışdır. Bəzi təxribatçi işlərdən keçdikdə bütün mübahisələri Güney Azərbaycan milli hərəkətinin gəlişməsi istiqamətində dəyərləndirmək olar. Hörmətli soydaşımız Səməd Niknam “Azərbaycan milli kərəkətində bütövlük anlayışı və milli simgə məsələsi” yazısına tənqidi baxışını yazmışdı. Yazı “Güney Azərbaycanı Elçibəy sindiromundan qoruyaq” başlığı ilə yayımlanmışdı. Bu haqda neçə məsələyə işarə etmək istərdim. Səməd Niknam cənabları öz yazısında Rəhmətlik Elçibəyin mübarizə fəlsəfəsinə və bununla ilgili bəzi məsələlərə toxunur. Yazar Quzey Azərbaycanda 20 Yanvar, Qarabağ və Xocalı haqqında üz verən olayları “fəlakət” ünvanlandıraraq öz baxışına əsasən bunları izah etməyə çalışır. Əlbəttə bu və başqa məsələlərə hər kəs hər hansı baxış ilə baxa bilər və öz şəxsi görüşünü ortaya qoya bilər. Bu arada Səməd bəy Niknam soydaşımızın da bu haqda təbii haqqı var. Bundan sonra hörmətli yazar “Müxtəsər Azərbaycan tarixi” kitabına toxunaraq bu kitabın elmi olmadığını deyir. Bu haqda da yazarın təbii olaraq haqqı var. O, və başqa tarixçilər kitabın möhtəvası haqqında hər hansı tənqidi baxışlarını ortaya qoya bilərlər. Hörmətli yazar təkcə Elçibəy, onun mübarizə fəlsəfəsi və sözü gedən “Müxtəsər Azərbaycan tarixi” kitabını təqid etmişdir. Bu yazıda heç də deyilən qonulara girmək istəmirəm. Mənim toxunacağım bir şey var. Bügun milli hərəkət çalışqanları arasında ciddi olaraq milli simbol ya milli simgə mübahisəsi gedir. Rəhmətlik Elçibəyin mübarizə fəlsəfəsi, düşüncə və fikir sistemi və başqa cəhətləri hər zaman tartışıla bilər. Yəqin ki, bütün insanların yaşamında və eləcə də milli insanlarımızın mübarizə həyatlarında müsbət və mənfi cəhətlər ola bilər. Elçibəy düşüncəsi haqqında indiyədək çox yazılmış və bundan sonra da yazılacaqdır. Bügun söz qonusu olan milli hərəkətin simgəsidir, Elçibəy deyil! Bəzi yazılarda Elçibəy və onun Güney Azərbaycan bayrağı ilə münasibətinə toxunulmuşdur. bu yazıların yayılması və hər hansı baxışın ortalığa çıxması olduqca təbii haldır. Güney Azərbaycan milli hərəkəti simgəsi haqqında yayılan müraciətdə önərilən tərhin “BAB” təşkilatının yayınladığı “Müxtəsər Azərbaycan tarixi” kitabında gəldiyi deyilir. Milli çalışqanlar tərəfindən yayılan sənəddə bundan başqa heç bir söz yox! Müarciət bir çox net düşərgələrində yayınlanmış və həm də özəl web səhifədə: www.millisimbol.blogfa.com yerləşdirilmişdir. Orada Elçibəyin adı getmir. Elçibəyin sözü gedən tərhin qəbulluğundan da söz getməmişdir. Təbii ki yayılan rəsmi sənəd yəni müraciət hər hansı yazıdan daha artıq ciddiyə alınmalıdır. Yayılan sənəddə yalnız önərilən simgə tərhinin (yəni hilal və ulduzu qara boyada olan tərh) “BAB” təşkilatı tərəfindən yayımlanan “Müxtəsər Azərbaycan tarixi” kitabında dərc olunması deyilir. Bu isə danılmazdır. Müraciəti hazırlayanların fikrinə görə sözü gedən tərh özəl şəxs, qrup və təşkilata bağlanmadığı üçün münaqişə qaynağına çevrilməz və çoxlarını birləşdirə bilər. Bu fikir isə büsbütün məntiqi görülməkdədir. Əslində bu işin hər hansı səbəbə görə qarşısına çıxmaq istəyənlər və bu məntiqi və lazimi görülən çabanı əngəlləmək niyyəti ilə ortaya gələn kəsimlər yanlışcasına və yaramazcasına Elçibəyin adı və şəxsiyyətini qullanmaq istəyirlər. Bunlar rəhmətlik Elçibəyin bu sözünü təkrarlayaraq, deyirlər ki, Elçibəy Güney Azərbaycana bayraq təyin etməklə müxalif olub və vaxtıylə Quzey Azərbaycan bayrağının Güney Azərbaycana gedəcəyini demişdir. Doğrudur, Elçibəy bunu demişdir, amma çox önəmli olan bir məsələ vardır. Elçibəy bu sözləri “Müxtəsər Azərbaycan tarixi” kitabının “BAB” tərəfindən yayılmasından çox öncə demişdir. “Müxtəsər Azərbaycan tarixi” kitabi 1999-da “BAB” tərəfindən yayılmışdır. Bu tarixdə Elçibəy diri iydi və “BAB” təşkilatının sədriydi. Ağıl və məntiqə əsasən o, bu məsələdən xəbərsiz ola bilməzdi. Bu olduqca aydındır. Elçibəyin kitabda gələn tərh ilə müxalifətinə dayir hər hansı sənəd varsa, iddia edənlər ortaya qoymalidirlar! Veriləcək sənədin tarixi 1999 ilindən və “Müxtəsər Azərbaycan tarixi” kitabının nəşri tarixindən sonrasında olmalıdır. Kitabda gələn tərh Quzey Azərbaycan milli bayrağı tərhi ilə birgədir, hilal və 8 bucaqlı ulduzun qara boyada olması ötəridir. Bu isə Elçibəyin öncəki sözlərinə tərs deyil. Hörmətli soydaşımız Səməd Niknam yazısının sonunda “Güney Azərbaycan Milli Azadlıq mübarizəsi Milli, Mədəni və Qansız-Qadasız bir Mübarizədir. Azərbaycanın çağdaş milli mübarizəsi modern və mədəni xarakter daşıyır”, deyir. Bu görüşün bütünlüyü ilə razılaşmaq olar. Bəli, Güney Azərbaycan milli hərəkəti mədəni xaraktər daşımaqdadır və bu iddianı bir çox sənədlərlə isbat etmək olar. Babək qalası yürüyüşü, müxtəlif milli, mədəni mitinq və etirazlı nümayişlərin keçirilməsi, May olayları, yüzlərcə kitab və dərginin yayımlanması və s. Buna sənəddirlər. Üstəlik bəzi nadir hallarda Güney Azərbaycan milli hərəkətini öz məntiqi gedişindən çıxartma çabaları da qısır qalmışdır! Göründüyü kimi Güney Azərbaycan milli hərəkəti buradək modern və mədəni biçimdə mücadiləni başarmışdır və bundan sonra da bu xaraktərdə sürəcəyinə əmin olmaq olar. Xezer Guneyli [email protected]/* */ azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar