SON XƏBƏRLƏR

Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur

2021.10.20, 07:36
Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur

Gunaz.tv
Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ şirkəti ermənilərə məxsusdur sidontrave-shirketi.jpg Vaşinqton. Hüsniyyə Həsənova – APA. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərən ABŞ-ın “Sidon Travel and Tourism” şirkəti Los-Anceles yaxınlığındakı Qlendeyl şəhərində yaşayan ermənilərə məxsusdur. Şirkətin meneceri Karlo Vakiyan APA-nın ABŞ bürosuna açıqlamasında Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərmələrini həmin “dövlət”in “prezident”inin erməni olması ilə əsaslandırıb. Həmin ərazidən azərbaycanlıların zorla qovulduğu və separatçıların keçirdiyi “prezident seçkiləri”nin heç kim tərəfindən tanınmadığı barədə suala isə K. Vakiyan absurd cavab verib. Menecer deyib ki, onun başının üstündə asılan xəritədə Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib və bu, həmin ərazini müstəqil dövlət saymaq üçün kifayətdir. K. Vakiyan təmsil etdiyi şirkətin xətti ilə minə yaxın müştərinin Dağlıq Qarabağa səfər etdiyini də söyləyib. Qeyd edək ki, Qlendeyl şəhəri ABŞ-da ən çox erməninin cəmləşdiyi yaşayış məntəqələrindən biridir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar