SON XƏBƏRLƏR

İRAN HAVA QÜVVƏLƏRİ TƏLİMLƏRƏ HAZIRLAŞIR

2021.10.20, 07:36
İRAN HAVA QÜVVƏLƏRİ TƏLİMLƏRƏ HAZIRLAŞIR

Gunaz.tv
İRAN HAVA QÜVVƏLƏRİ TƏLİMLƏRƏ HAZIRLAŞIR th055050447.jpg Əhməd Miqani İyulun 15-də İran Hava Qüvvələrinin komandanı general Əhməd Miqani jurnalistlərə açıqlamasında yaxın günlərdə təlimlər keçiriləcəyini deyib. «Media forum» saytının məlumatına görə, Ə.Miqani İranın hərbi təyyarə istehsalında böyük nailiyyətlər əldə etdiyini vurğulayıb. Ə.Miqani ordunun tam hazır vəziyyətdə olduğunu bildirib: «Bizim Hava Qüvvələrimiz tam hazır vəziyyətdədir. Əgər düşmən bizə qarşı hücuma keçməyə cəsarət etsə, onun bu təcavüzünə tam qüdrətlə cavab verəcək və hər bir təcavüzkarın qolunu qıracağıq». «Media forum» -------------------------------------------------------------------- ÇEÇENİSTANDA PARTLAYIŞ BAŞ VERİB Çeçenistanın Şali rayonunda silah anbarlarının birində partlayış baş verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 9 hərbçi həlak olub, daha 4 nəfər isə yaralanıb. Partlayış mərmilərin avtomobilə yüklənməsi zamanı baş verib. İnsidentin terror aktı olub olmadığı müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar