SON XƏBƏRLƏR

Metyu Brayza: "Edvard Nalbandyan Kondoliza Raysla konstruktiv görüş keçirib"

2021.10.20, 07:36
Metyu Brayza: "Edvard Nalbandyan Kondoliza Raysla konstruktiv görüş keçirib"

Gunaz.tv
Metyu Brayza: "Edvard Nalbandyan Kondoliza Raysla konstruktiv görüş keçirib" metyu_brayza1.jpg Amerikalı həmsədr Vaşinqtonda Ermənistanın xarici işlər naziri ilə görüş keçirmək və danışıqların vəziyyətini müzakirə etmək niyyətinədir Vaşinqton Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyevlə Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk qrupunun sülh prosesinin canlandırması üzrə öhdəliklərini alqışlayır. Amerika dövlət katibi müavininin köməkçisi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza «Trend» agentliyinə bildirib ki, Vaşinqtonda Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüş keçirmək və danışıqların vəziyyətini müzakirə etmək niyyətinədir. ATƏT Minsk qrupunun həmsərdləri yaxın həftələrdə Azərbaycan xarici siyasət administrasiyasının rəhbəri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır. «Mən nazirlərdən baza sazişində həll edilməmiş olan məsələlərlə bağlı rəy almağa ümid edirəm. Bundan əlavə, prezidentlər Əliyev və Sarkisyan iyunun 6-da Sankt Peterburqda keçirilən görüşləri zamanı həmsədrlərdən bu barədə soruşublar», deyə Metyu Brayza deyib. Diplomat əlavə edib ki, bazar ertəsi Edvard Nalbandyan Amerika dövlət katibi Kondoliza Raysla konstruktiv görüş keçirib. «Dövlət katibi görüşdə Madrid sazişində öz əksini tapmış əsas prinsiplərə münasibətdə mövcud fikir ayrılıqlarını aradan qaldırmaqda Ermənistan və Azərbaycana yardım etmək üçün ATƏT Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləməyə hazır olduğunu bildirib»./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar