SON XƏBƏRLƏR

Uilyam Berns İranla danışıqlara qoşulur

2021.10.20, 07:36
Uilyam Berns İranla danışıqlara qoşulur

Gunaz.tv
Uilyam Berns İranla danışıqlara qoşulur uilyam-berns.jpg ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulur. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə administrasiyanın yüksək vəzifəli məmuru bildirib. ABŞ administrasiyasında belə böyük vəzifə tutan məmur İran nümayəndəsi Səid Cəlili ilə ilk dəfə görüşəcək. Beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən danışıqların növbəti mərhələsi iyulun 19-da İsveçrədə keçiriləcək. Amma mənbə Berns və Cəlilinin təkbətək görüşünün planlaşdırılmadığını vurğulayıb: “Uilyam Berns danışıqlar aparmaq üçün deyil, qulaq asmaq üçün tədbirə qoşulacaq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar