SON XƏBƏRLƏR

HƏRBİ ANALİTİK TƏDQİQATLAR MƏRKƏZİ YARADILIB

2021.10.20, 07:36
HƏRBİ ANALİTİK TƏDQİQATLAR MƏRKƏZİ YARADILIB

Gunaz.tv
HƏRBİ ANALİTİK TƏDQİQATLAR MƏRKƏZİ YARADILIB Azərbaycanın bir qrup hərbyönlü qeyri-hökumət təşkilatı Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) təsis edib. «Media forum» saytının məlumatına görə, ehtiyatda olan polkovnik Nadir Rzayev mərkəzin direktoru seçilib. Mərkəz Azərbaycanda, o cümlədən bölgədə və dünyada baş verən hərbi və hərbi siyasi hadisələr ətrafında araşdırmalar aparacaq. Mərkəzin təsisçiləri «Demokratik cəmiyyət və ordu» Araşdırmaları ,«Manevr» Jurnalist Araşdırmaları, «Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə», «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar mərkəzləri, «Ehtiyatda və İstefada Olan Zabitlər», «651 saylı hərbi hissənin veteranları», «Hərbi Jurnalistlər» və «İctimai Maraqlar Mərkəzi» ictimai birlikləridir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar