SON XƏBƏRLƏR

İraq yeni bayrağını seçir

2021.10.20, 07:36
İraq yeni bayrağını seçir

Gunaz.tv
İraq yeni bayrağını seçir İraqda dövlət bayrağının yeni variantı ilə bağlı müsabiqə elan olunub. Sentyabr ayının sonunadək qəbul ediləcək variantlar arasında üçün seçiləcək və parlamentə təqdim olunacaq. Yeni bayraqla bağlı səsvermə isə ilin sonunadək keçiriləcək. Bu ilin yanvarında İraqın dövlət bayrağından yaşıl rəngli üç beşgüşəli ulduz çıxarılıb. Sabiq prezident Səddam Hüseynin başçılıq etdiyi BƏƏS partiyasının "Birlik, azadlıq və sosializm" şüarının əks etdirən həmin ulduzlar İraq işğal ediləndən sonra artıq sayılmışdı. Parlamentin qəbul etdiyi müvafiq qanunu İraqın Prezident Şurası da təsdiqləmişdi. Bayraqda Səddam Hüseynin xətti üslubuna bənzədiyi güman edilən "Allahu Əkbər" sözünün yazılışı da dəyişdirilmişdi. İraq bayrağının dəyişdirilməsinin ən qatı tərəfdarları kürdlərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar