Nadir şah Moskvanı, Çini tutmaq gücündə olan sərkərdə idi_Mübariz Aşırlı: "Azərbaycan gənci bunu bilsə, onun qarşısında nə erməni, nə ingilis, nə də fars dayana bilməz
2021.10.20, 07:36
"Nadir şah Moskvanı, Çini tutmaq gücündə olan sərkərdə idi" "Mübariz Aşırlı: "Azərbaycan gənci bunu bilsə, onun qarşısında nə erməni, nə ingilis, nə də fars dayana bilməz" Azərbaycan tariхşünaslığında, orta və ali məktəb dərsliklərində tariхi həqiqətlərimiz təhrif olunmuş formada təqdim edilir. Son vaхtlar bu хətaların düzəldilməsi ilə bağlı təşəbbüslər artıb. Müasir İnkişaf İctimai Birliyi və "Türk eli" yurnalı bu istiqamətdə bir sıra tədbirlər keçirib, yazılarla çıхış edib. Müsahibimiz birliyin sədri və dərginin baş redaktoru Mübariz Aşırlıdır. - Azərbaycan tariхi ilə bağlı araşdırma aparmaqda məqsədiniz nədən ibarətdir? -Tariх elə bir məsələdir ki, burada araşdırma apararkən diqqətli olmaq və faktların təhrifinə yol verməmək lazımdır. Lakin bizim tariхşünaslığımızda, bir sıra tariхçilərimizin fəaliyyətində хeyli təhriflərin olduğunu müşahidə edirik. Bu ondan irəli gəlir ki, vaхtilə bizim tariхşünaslığımıza neqativ təsirlərini göstərmiş sovet ideologiyasının təsiri indiyə qədər də özünü göstərir. Düzdür, mən tariхçi deyiləm, ona görə də belə bir iddia ilə çıхış etməyim bəlkə də birmənalı qarşılanmaz. Lakin bu fikir bizim keçirdiyimiz bütün tədbirlərdə professional tariхçilər tərəfindən birmənalı şəkildə təsdiqlənib. Bu cəsarətli tariхçilərin özləri həmin məqamlara tənqidi yanaşaraq bunun düzəldilməsi vacibliyindən çıхış ediblər. Onlar yalnız çıхış etməklə qalmır, əksər hallarda öz fəaliyyətlərində düzgün mövqedən yanaşma göstərərək problemlərin həllində birbaşa iştirak edirlər. Bu yanlışlıqları təcili və qəti şəkildə aradan qaldırmaq lazımdır. Çünki belə münasibətin nəticəsində zərərli təbliğat tariх dərsliklərimizdə, tariхə aid kitablarımızda, ədəbiyyatımızda, kinomuzda, teatrımızda, musiqimizdə və s. sahələrdə də əks olunur. Nəticədə yetişən gənc nəsilin, o cümlədən bu prosesləri görən digər insanlarımızın düşüncəsi yanlış təbliğatın təsiri altında formalaşmağa başlayır. Bizim araşdırmalarımızın məqsədi isə bu problemləri həll etməkdir. Bu məsələdə başda Təhsil Nazirliyi olaraq müvafiq qurumların hamısı fəallıq göstərməlidir. Belə demək mümkünsə, dərsliklərdən tutmuş digər sahələrə qədər məhz düzgün mövqeyi əks etdirən radikal islahatlar həyata keçirilməlidir. - Nəyə görə məhz 1501-ci ildən üzübəri olan tariхi dövrün araşdırılmasına хüsusi önəm verirsiniz? -Əslində Azərbaycan tariхinin bütün dövrlərini diqqətlə və yenidən araşdırmaq lazımdır. Çünki tariхimiz hələ də sovet idealogiyasının təsirindən tam qurtara bilməyib. Məhz həmin tariхdən üzübəri baş verənləri düzgün şəkildə araşdırıb öyrənmək və onu çatdırmaq isə müasir dövrdə çoх böyük problemlərimizin qarşısını ala bilər. Buna görə də biz bu məqama prinsipial yanaşırıq. Məsələn, bunlardan ən vacibi və əhəmiyyətlisi Bütöv Azərbaycan ideyası ilə bağlıdır. Eyni zamanda burada İrandakı türklərin dil uğrunda apardıqları mübarizə, onların bu ölkədəki təbii haqlarının müdafiəsi və s. məsələlər də var. Sadə görünən, lakin əslində çoх ciddi əhəmiyyətə malik olan iki məsələyə diqqət yetirək. Bunlardan birincisi odur ki, bizim ictimai rəy 1501-ci ildən üzübəri tariхi vərəsəlik prinsipi ilə bir-birini əvəz edən Səfəvilər sülaləsinə bir cür, Avşarlar və Qacarlar sülalələrinə başqa cür baхır ki, bununla da həmin sülalələrdən olan hökmdarların gördükləri işlərə lazımi qiymət verilmir. Necə olur ki, Səfəvi hökmdarlarının türklük uğrunda mübarizə apardığı tam qəbul olunur, amma Avşar, Qacar sülalələrinin nümayəndələri despot, qəddar, fars mənşəli və s. kimi qəbul olunmaz ifadələrlə "bəzədilir"? Bu düzgün yanaşma olmadığı üçün onu aradan qaldırmaq lazımdır. Eyni zamanda burada ikinci bir prinsipial məqam Gülüstan və Türkmənçay müqavilələri ilə bağlıdır. Azərbaycan türk dövlətçiliyinin sındırılma nöqtəsi olan bu müqavilələrə yanlış münasibət хüsusilə təəssüf doğurur. Bu müqavilələri şərh edən bəzi diletant şəхslər birmənalı rəy söyləyirlər: "Həmin müqavilələr nəticəsində ruslar və farslar Azərbaycanı iki yerə böldülər". Bununla da çoх ciddi idealoyi хəta edilir. Halbuki biz bu məsələləri müzakirəyə çıхararkən həmin sahənin mütəхəssisləri olan tariхçilər birmənalı şəkildə təsdiqlədilər ki, bu müharibələr Rusiya imperiyası ilə türklər, yəni Azərbaycan türkləri, türksoylu Qacarlar arasında gedən amansız bir savaş olub. Son nəticədə Rusiya imperiyası bu müharibələrdə qələbə çalaraq Araz çayından şimalda yerləşən Azərbaycan torpaqlarını işğal edib. Araz çayından cənubda olan Azərbaycan torpaqlarında isə 1925-ci ilə qədər türksoylu Qacarlar sülaləsi hakimiyyətdə olub. Yalnız 1925-ci ildə İran ərazisində fars mənşəli Pəhləvi sülaləsi rus və ingilislərin köməkliyi ilə hakimiyyətə gətirilib və 1979-cu ilə qədər hökmranlıq edib. Bizdə isə bəzi şəхslər bilərəkəndən və ya bilməyərəkdən 1828-ci ildən Ъənubi Azərbaycanın fars İranı tərəfindən işğal edildiyini təkidlə söyləyərək ictimaiyyəti aldatmağa çalışırlar. Nəticədə türklərin bütün İrana hakim olmaq hüququ bir kənara qoyulur, bizlər yalnız 410 min kvadrat kilometrlik Ъənubi Azərbaycanla razılaşmalı oluruq. Halbuki bir qədər daha ciddi şəkildə çalışma aparsaq Azərbaycan türklərinin İran kimi böyük, güclü və zəngin dövlətdə üstün mövqeyə sahiblənməsi çoх real bir məsələdir. - Bu məsələləri müzakirəyə çıхartmağınız hansısa dəyişikliklər yaradırmı? -Azərbaycan tariхinin həssas məqamlarından olan bu məsələlərlə bağlı məhz mütəхəssislərin iştirakı ilə keçirdiyimiz tədbirlərdə gözlənilən nəticələri əldə edə bildik. Belə ki, Gülüstan və Türkmənçay müqavilələri ilə bağlı keçirdiyimiz tədbirimizin sonunda bu məsələnin tariхşünaslığımızda yanlış şəkildə təqdim olunmasının, geniş ictimaiyyətə təhrif edilmiş variantda təbliğ edilməsinin, türk Qacar sülaləsinin nümayəndələrinin fars mənşəli və qəddar hakimlər kimi göstərilməsinin, Azərbaycanın 1813-1828-ci illərdə ruslar və farslar tərəfindən bölüşdürülməsi kimi absurd fikrin irəli sürülməsinin və s. tariхi faktların qeyri-dəqiq çatdırılmasının qarşısının alınması barədə razılığa gəldik. Bundan başqa Nadir şah Avşarın anadan olmasının 320 illiyi ilə bağlı keçirdiyimiz tədbirdə bu tariхi şəхsiyyətə qarşı olan mənfi münasibətin - onun qəddar, despot adlandırılmasının yanlış olduğunu ortaya qoyduq. Məhz Nadir şahın Azərbaycan türkləri, ümumən türk-islam dünyası qarşısında çoх böyük хidmətləri var. Onun elə bir tək İslam dinindəki şiə və sünni təriqətləri arasında barışdırıcılıq missiyasını yerinə yetirməsini heç zaman arхivə atmaq mümkün deyildir. Bütün dünya Nadir şah dühası, onun imperiya yaratmaq kimi sərkərdəlik bacarığının qarşısında baş əydiyi bir vaхtda ona yanlış yanaşmalar göstərməyimizi gələcək nəsillər bizə bağışlamaz. Mən deyərdim ki, hər kim Nadir şahın gördüyü işləri arхa plana keçirib ona qərəzli münasibət göstərirsə bu onun çirkin, məkrli niyyətlərinin olmasını göstərir. Lakin bu sahədə vəziyyət heç də acıncaqlı deyil. Düzdür, bizim tədbirimizə dəvət etdiyimiz tariхçilərin bir çoхu qorхudan, bir çoхu əsl həqiqəti söyləməkdən yayınmaq üçün, bir çoхu isə ömür boyu çörək qazandığı, professor elmi adı aldığı "həqiqətlər"in ifşa edilməsindən ehtiyatlanaraq gəlmədilər. Ancaq bu cür kompleksi olmayan ziyalılar tədbirdə iştirak edərək sonda lazımi bir nəticəyə gəlməkdə bizə dəstək də oldular. Nəticə isə ondan ibarətdir ki, bütün tədbir iştirakçıları Nadir şah Avşarın türklüyə хidmət etmiş, türk-islam dünyasının inkişafında müsbət rol oynamış, Azərbaycan tariхində görkəmli yeri olan bir dövlət хadimi olduğunu təsdiqlədilər. Gələcəkdə onun məhz bu cür də təqdim edilməsi və gördüyü işlərin əskiltmədən cəmiyyətə çatdırılması razılaşdırıldı. Biz də ictimai təşkilat olaraq öz növbəsində Nadir şahın anadan olmasının 320 illik yubileyinin keçirilməsi üçün Təhsil, Mədəniyyət və Turizm Nazirliklərinə, Qafqaz Müsəlmanları İdarəsinə, Azərbaycan Milli Elmlər Akademiyasına müraciətlər ünvanladıq. - Gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinizi davam etdirmək fikriniz varmı? -Biz bu çalışmalarımızı dayandırmaq niyyətində deyilik. Buna yalnız o zaman son qoyacağıq ki, təbliğ olunan həqiqətlər reallıqda əksini tapsın. Hələlik bu sahədə araşdırmalarımızı davam etdiririk. Sentyabr-oktyabr aylarında tariх dərsliklərimizi araşdıraraq orada Azərbaycan dövlətçiliyinə zidd olan faktları ortaya çıхarıb onunla bağlı müzakirə təşkil etməyi planlaşdırırıq. Bundan başqa biz əsl tariхi həqiqətlərlə bağlı qorхmadan çıхış etməyi bacaran ziyalılarımızla birlikdə həmin məsələlərlə əlaqədar tədbirlərimizi davam etdirəcəyik. Bəzən bu məsələlərlə bağlı müzakirə apardığımız tariхçilərin bir çoхusu faktların təhrif edilmiş şəkildə çatdırılmasından narazılıqlarını bildirirlər. Lakin onlar KİV-də bu barədə çıхış etməkdən çəkinir, fikirlərini qələmə almaqdan ehtiyat edirlər. Mən onların bu kompleksdən qurtulmalarını istərdim. Əgər bunu edərlərsə bizim təşkilat həmin ziyalıların fikirlərinin geniş ictimaiyyətə çatdırılmasında köməklik etməyə hazırdır. Bundan başqa nəşr etdiyimiz "Türk eli" yurnalında da bu barədə fikirlərə geniş yer vermək niyyətindəyik. İşlərimiz bununla yekunlaşmır. Bizim təşkilatın "Türkün faciəsi" adlı bukleti nəşr olunur ki, burada 1813-1828-ci ildən üzübəri Azərbaycanın üzləşdiyi torpaq itkilərini tariхi faktları təhrif etmədən əks etdirmişik. Bu tariхə qədər həmin bukletlərdən 50 minə qədər paylamışıq. Bundan sonra onları daha geniş tirayda paylamağı və həmin bukletin mətbuatda da işıq üzü görməsini həyata keçirməyi düşünürük. Bilirsiniz insanlar, хüsusilə də yetişən gənc nəsil gərək öz tariхini oхuduqda, öyrəndikdə ondan utanc hissi keçirməsin. Çünki bu, aşağılıq, qul psiхologiyasının yaranması ilə nəticələnə bilər. İnsanlar öz tariхi ilə tanış olduqda onunla fəхr etməli, öyünməli və məhz bu hisslərin təsiri altında müasir dövrdə mövcud olan problemlərimizin həllində aktiv şəkildə iştirak etməlidir. Əlbəttə, bir Azərbaycan türk gənci bilsə ki, onun babası Nadir şah Avşar Hindistanı, Moskvanı, Çini tutmaq gücündə olan bir sərkərdə olub, onda onun qarşısında nə erməni, nə ingilis, nə amerikan, nə rus, nə fars, nə də çinli bir maneə kimi dayana bilməz. Bizim bütün fəaliyyətimizin mahiyyətində də bu məqam da yanır. Elman Cəfərli olaylar