SON XƏBƏRLƏR

“Qırmızı körpü”də Azərbaycan və Gürcüstan təlimləri başlayıb

2021.10.20, 07:36
“Qırmızı körpü”də Azərbaycan və Gürcüstan təlimləri başlayıb

Gunaz.tv
“Qırmızı körpü”də Azərbaycan və Gürcüstan təlimləri başlayıb qirmizi-korpu.gif İyulun 16-da ATƏT-in himayəsi ilə “Qırmızı körpü” sərhəd idarəsinin bazasında təlimlər başlayıb. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, transsərhəd cinayətkarlığına qarşı yönəldilən birgə təlimdə Azərbaycan və Gürcüstanın 20-dən çox sərhədçisi və gömrükçüsü iştirak edir. Treninqlər ATƏT-in yeni tədris proqramı çərçivəsində aparılır. Bu proqram iki ölkənin sərhədinin qorunmasına cəlb edilən idarələrin fəaliyyətinin genişləndirilməsinə və koordinasiya edilməsinə yönəldilib. Sərhədçilər və gömrükçülər iki gün ərzində saxta sənədlərin müəyyən edilməsi, kütləvi qırğın silahlarının komponentlərinin qaçaqmalçılıq yolu ilə keçirilməsi, traffikinq və qanunsuz mühacirətin qarşısının alınması ilə bağlı nəzəri və təcrübi məşğələlər keçirəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar