SON XƏBƏRLƏR

Erməni terrorçunun qızını mafioz aldı

2021.10.20, 07:36
Erməni terrorçunun qızını mafioz aldı

Gunaz.tv
Erməni terrorçunun qızını mafioz aldı ABŞ Erməni Komitəsinin (AAC) sabiq rəhbəri, terrorçuluqda şübhəli bilinərək həbs olunmuş Murad Topolyanın qızı italyan mafiozu və məşhur reketə ərə gedib. "Sığır" ləqəbli Murad Topolyanın qızı 35 yaşlı Danielle Vanqarla "Öküz" ləqəbli italyan mafiozu, 48 yaşlı Karmin Anyellonun nikah mərasimi Nyu-Yorkun Manhetten səmtindəki Karmelio Ancelo villasında keçirilib. Əvvəllər ABŞ-dakı italyan mafiyasının "capo di capo"su, yəni "xaç atalarının atası" sayılan "Zadəgan Don" ləqəbli Con Qottinin qızı Viktoriya Qotti ilə evli olan reket K.Anyello yeni xamını ilə 5 il əvvəl Ohayodakı federal həbsxanada tanış olublar. Vergidən yayınmaq və reketdə suçlanan Karmin Anyello burada 9 illik həbs cəzası çəkirdi. Danielle isə terrorçuluba görə tutularaq həmin həbsxanaya salınan atası Murad Topalyana baş çəkməyə gedirdi. İndi Klivlend şəhərinin cənub həndəvərindəki dəbdəbəli Bentlivill məhəlləsindəki ağ malikanədə yaşayan "Öküz" ləqəbli Karminlə "Terror şahzadəsi" adlandırılan Danielle bəxtəvər həyat yaşadıqlarını deyirlər. "Xeyriyyə məqsədilə bağışlanmış avtomobillərdən qeyri-kommersiya məqsədilə istifadə olunmasını təmin edən bizneslə məşğulam", - "Öküz" Karmin bildirib. Onun sabiq arvadı Viktoriya isə Karminin yeni nikahından xəbərsizmiş. "Karmin evlənib? Nə etməli, mənə, üstəlik oğulları Karmin, Con və Franka xəbər vermədən bu işi görüb. Bizi heç nikaha da çağırmayıb. Xoşbəxt olsunlar", - ABŞ-ın son "xaç atası"nın qızı, 1984-cü ildə Karmin Anyello ilə ailə həyatı qurmuş Viktoriya Qotti deyib. Erməni Milli Komitəsinin sabiq sədri Murad Topalyan 2000-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun 1980-ci ildə Türkiyənin BMT-dəki nümayəndəliyinin ofisi qarşısında yük yeri partladıcı maddə ilə doldurulmuş minik avtomobili vasitəsilə həyata keçirilmiş terror aktının təşkilatçısı olduğu sübuta yetirilib. Polis 1997-ci ildə onun Klivlenddəki evində axtarış aparanda 45 kq partladıcı maddə, trotil və odlu silahlar tapmışdı. Karmin Anyello isə Нyu-York şəhərinin məşhur Qambino ailəsinə xidmət edib. O, avtomobil servisləri və metal tullantıları biznesinə nəzarət edərək milyonçu olub. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar