SON XƏBƏRLƏR

Türkiyədə “Dədə Qorqud” festivalı keçiriləcək

2021.10.20, 07:36
Türkiyədə “Dədə Qorqud” festivalı keçiriləcək

Gunaz.tv
Türkiyədə “Dədə Qorqud” festivalı keçiriləcək dede-qorqud.jpg İyulun 16-dan 20-dək Türkiyənin Bayburt şəhərində ənənəvi “Dədə Qorqud” festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq ənənəvi olaraq Bayburt şəhərinin Masad kəndində təşkil olunan bu festivalda dünyanın müxtəlif ölkələrindən yaradıcı kollektivlər iştirak edir. Bayburtluların böyük həvəslə gözlədikləri və hər il yüksək təşkilatçılıqla keçirilən festivalda əvvəlki illərdə ölkəmizi Dövlət Mahnı və Rəqs Ansamblı, “Göy-göl” Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və başqa kollektivlər təmsil ediblər. Bu il isə adıçəkilən festivalda ölkəni Dövlət Musiqili Komediya Teatrının balet truppası, həmçinin əməkdar artist Xanım Qafarova və gənc ifaçı Ramil Qasımovun daxil olduğu 20 nəfərlik heyət təmsil edəcək. Nigar MƏMMƏDLİ LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar