SON XƏBƏRLƏR

BUŞ AMERİKA NEFT YATAQLARINI İŞƏ SALMAĞA ÇAĞIRIR

2021.10.20, 07:36
BUŞ AMERİKA NEFT YATAQLARINI İŞƏ SALMAĞA ÇAĞIRIR

Gunaz.tv
BUŞ AMERİKA NEFT YATAQLARINI İŞƏ SALMAĞA ÇAĞIRIR ABŞ prezidenti Corc Buş həftəlik radio müraciətində Konqresi yerli neft istismarına qoyduğu qadağaları ləğv etməyə çağırıb. Prezident deyib ki, ABŞ neft şirkətlərinə 1980-ci ildən bəri istismarına qadağa qoyulan əsas ofşşor obyektlərinə çıxış əldə etməyə icazə verilməlidir. Onun sözlərinə görə, neft çıxarılması hazırda mühafizə olunan Alyaskanın şimal hissəsindən 10 milyard barelə yaxın neft istehsal etmək olar. Prezident bunun ABŞ-ın 20 ildə Səudiyyə Ərəbistanından alacağı neftdən çox olduğunu bildirib. Demokrat Konqresmen Kris Van Hollen isə cavab müraciətində neft şirkətlərini istifadələrində olan 27 milyon hektar federal ərazidə istismar işlər aparmağa çağırıb. Qeyd edək ki, ətraf mühitin qorunmasını əsas gətirən Konqres demokratları iri neft yataqlarının mövcud olduğu güman edilən yerlərdə neftçıxarma layihələrinə qarşı çıxırlar. Son vaxtlar neftin sürətlə bahalaşması Amerika iqtisadiyyatını çıxılmaz duruma salıb, bununla əlaqədar olaraq ölkənin əvvəllər dondurulmuş iri neft yatataqlarını işə salmaq haqda çağırışlar artıb. RUSİYA ÇEXİYANIN NEFTİNİ KƏSDİ Rusiya Çexiyanın ötən həftə ABŞ-la raketdən müdafiə sistemi çərçivəsində əldə etdiyi anlaşmaya cavab olaraq bu ölkə ilə neft nəqlini kəskin ixtisar edib. Nəticədə Çexiyada yanacaq böhranı təhlükəsi yaranıb. “İnterfaks” agentliyinin məlumatına görə, Çexiyanın enerji təhlükəsizliyi naziri Vatslav Bartuşka deyib ki, ölkə ərazisindən keçən “Dostluq” neft kəməri ilə nəql edilən neftin həcmi iki dəfədən çox azalıb. Bunun nəticəsində Çexiya dövlət neft ehtiyatlarını işə salmalı olub. Rusiya tərəfi neft nəqlinin ixtisarının səbəblərini izah etmir, ancaq şübhə yoxdur ki, Moskvanın bu addımı Praqanın Amerika ilə anlaşmasına cavabdır. Belə ki, ötən həftə dövlət katibi Kondoliza Raysın səfəri zamanı Çexiya ərazisində ballistik raketlərə qarşı radar yerləşdirilməsinə dair rəsmi razılaşma əldə olunub. Rusiya bu razılaşmaya qarşı çıxaraq xəbərdarlıq edib ki, öz raketlərini Çexiyaya tuşlaya bilər. Çexiyanın sənaye və ticarət naziri Martin Rciman deyib ki, Rusiyanın radar haqda anlaşmaya bu cür reaksiya verməsi “uşaq hərəkətinə” bənzəyir. Onun sözlərinə görə, Çexiya əhalisi Amerika radarına qarşı çıxırdı, ancaq indi Rusiyanın neft nəqlini azaltması çətin ki, bu cür mövqedə olan əhalinin Moskvaya qarşı müsbət fikrinə səbəb olsun. Bildirilir ki, Çexiyanın ölkəni fasiləsiz yanacaqla təmin etmək üçün 95 günlük dövlət ehtiyatı var. Ölkə mətbuatı isə hesab edir ki, Rusiya Çexiyanı təkcə radara görə yox, həm də “Nabukko” layihəsinə qoşulduğuna görə cəzalandırır. Ötən həftə Çexiyanın xarici işlər naziri Karl Şvartsenberq Bakıda olub və “Nabukko”ya dəstəyini ifadə edib. O, həmçinin digər Avropa ölkələrini bu layihəyə dəstək verməyə çağırıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar