SON XƏBƏRLƏR

RUSİYA İRANLA ENERJİ ƏMƏKDAŞLIĞINI GÜCLƏNDİRİR.“Qazprom” Qərb şirkətlərindən boşalan yeri dərhal tutdu

2021.10.20, 07:36
RUSİYA İRANLA ENERJİ ƏMƏKDAŞLIĞINI GÜCLƏNDİRİR.“Qazprom” Qərb şirkətlərindən boşalan yeri dərhal tutdu

Gunaz.tv
RUSİYA İRANLA ENERJİ ƏMƏKDAŞLIĞINI GÜCLƏNDİRİR “Qazprom” Qərb şirkətlərindən boşalan yeri dərhal tutdu 3317.jpg Qərb enerji şirkətlərinin İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar çərçivəsində bu ölkədən çəkildikləri bir vaxtda Rusiya ləngimədən onlardan boşalan yerləri tutmağa başlayıb. Bu ölkənin “Qazprom” şirkətinin prezidenti Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətinin ötən həftə sonu Tehrana səfəri zamanı enerji sahəsində mühüm razılaşmaların əldə olunduğu bildirilir. “Qazprom” dan verilən məlumata görə, səfər zamanı Rusiya şirkətinin İranın ən iri qaz yataqlarından olan “Cənubi Pars” yatağının işlənməsinə dair razılaşma əldə edilib. Bu yatağın işlənməsi layihəsini Fransanın “Total” şirkəti həyata keçirirdi. Lakin şirkət ötən həftə elan etdi ki, İrandan çəkiləcək. Bir neçə ay əvvəl isə “Royal Dutch Shell” şirkəti siyasi risklərlə bağlı “Cənubi Pars” yatağından çəkildiyini elan etmişdi. Bildirilir ki, “Qazprom” ABŞ-ın qarşı çıxdığı İran-Pakistan-Hindistan qaz boru kəmərinin çəkilməsinə dair da Tehranla anlaşma əldə edib. Bu kəmərlə İran qazı gələcəkdə Cənubi Asiya ölkələrinə nəql olunmalıdır. Bundan əlavə, anlaşmaya görə, Rusiya şirkəti İranın “Şimali Azadegah” neft yatağının işlənməsində də iştirak edəcək. Həmçinin tərəflər Xəzər neftinin Oman körfəzi vasitəsilə dünya bazarlarına çıxarılmasına imkan yaradan kəmərin çəkilişi ilə bağlı da anlaşma əldə edə biliblər. Aleksey Millerin İranın neft-qaz sənayesinə başçılıq edən şəxslərlə yanaşı, prezident Mahmud Əhmədinejadla da görüşdüyü bildirilir. Rusiya ekspertlərinə görə, Millerin Tehranda əldə etdiyi razılaşmalar “qaz OPEC-inin” yaradılması şanslarını artırır. Çünki “Qazprom” İranın da daxil olduğu geniş regionda demək olar ki, bütün qaz hasilatını öz əlində cəmləşdirmək üzrədir. Rusiya mətbuatının yazdığına görə, Miller prezident Dmitri Medvedevi müşayiət edərkən Azərbaycan və Türkmənistanla da qazla bağlı mühüm razılaşmalar əldə edib. Xəbər verildiyi kimi, Azərbaycan “Qazprom”la qaz satışına dair danışıqlara başlamağa razılıq verib. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar