SON XƏBƏRLƏR

“Nəsimi” metro stansiyası sentyabrda açılacaq

2021.10.20, 07:36
“Nəsimi” metro stansiyası sentyabrda açılacaq

Gunaz.tv
“Nəsimi” metro stansiyası sentyabrda açılacaq 20080716115308_1.jpg 6-cı mikrorayonda inşa edilən “Nəsimi” metro stansiyasında son tamamlama işləri gedir. “Metrotikinti” Səhmdar Cəmiyyətinin "Metroproyekt" İnstitutunun layihəsi əsasında inşa etdiyi satansiya gələn ay Bakı Metropoliten İdarəsinə təhvil veriləcək. Ancaq bu, yeni tikilən stansiyanın hələ istifadəyə verilməsi demək deyil. Tikilən Metropoliten İdarəsindən Lent.az-a bildiriblər ki, stansiya avqust ayından hazır olsa da, bu, yalnız sentyabrda istifadəyə veriləcək. Çünki “Nəsimi” ilə gələn il istifadəyə veriləcək “Azadlıq” stansiyasını birləşdirən hissədə tikinti işləri ən tezi sentyabrın əvvəlində başa çatdırıla bilər. Xatırladaq ki, “Nəsimi” stansiyasının tikintisinə 2006-cı ildən başlanılıb. Stansiyasının uzunluğu 310, platformasının uzunluğu isə 102 merdir. Dörd giriş və çıxışı olan bu stansiyanın tavan hissəsində 8 gülşəli çılçıraqlar quraşdırılıb. Tikilən Metropoliten İdarəsinin mütəxəssisləri deyirlər ki, bu stansiya “Memar Əcəmi”nin davamıdır. “Nəsimi”nin davamı isə hazırda tikintisi davam edən “Azadlıq” stansiyasıdır. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar