SON XƏBƏRLƏR

RUSİYA ŞİMALI QAFQAZDA TƏLİMLƏR KEÇİRİR.Manevrlər Gürcüstanda başlayan NATO təlimlərinə cavabdır

2021.10.20, 07:36
RUSİYA ŞİMALI QAFQAZDA TƏLİMLƏR KEÇİRİR.Manevrlər Gürcüstanda başlayan NATO təlimlərinə cavabdır

Gunaz.tv
RUSİYA ŞİMALI QAFQAZDA TƏLİMLƏR KEÇİRİR Manevrlər Gürcüstanda başlayan NATO təlimlərinə cavabdır Dünən Rusiya ordusunun hissələri Şimali Qafqazda irimiqyaslı hərbi manevrlərə başlayıb. Təlimlərdə Şimali Qafqaz hərbi dairəsinin qoşunları iştirak edir 8 mindən çox hərbçinin cəlb olunduğu təlimlərdə həmçinin desant qoşunları, hərbi hava qüvvələri, hava hücumundna müdafiə sistemləri, o cümlədən Xəzər və Qara dənzi donanmasının gəmiləri iştirak edir. “İnterfaks” agentliyinin məlumatına görə, Rusiyanın quru qoşunlarınınn komandanı İqor Konaşenkov bildirib ki, manevrlərdə əsas məqsəd Rusiyanın cənubunda yarana biləcək terror təhlükəsinə qarşı qoşunların qarşılıqlı fəaliyyətini sınaqdan keçirməkdir. Onun sözlərinə görə, Cənubi Osetiya və Abxaziya bölgələri ətrafında gərginliyin artması ilə bağlı təlimlərdə sülhməramlı vəzifələrin yerinə yetirilməsi və münaqişə edən tərəflərin sülhə məcbur olunması əməliyyatları da sınaqdan keçiriləcək. Xatırladaq ki, dünən Gürcüstan ordusu da Amerika hərbçiləri ilə birlikdə hərbi manevrlərə başlayıb. Bu baxımdan Rusiya ordusunun təlimlərinin Gürcüstan-Amerika təlimlərinə cavab olduğu bildirilir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar