SON XƏBƏRLƏR

Rusiya Ermənistanı yenə silahlandırır

2021.10.20, 07:36
Rusiya Ermənistanı yenə silahlandırır

Gunaz.tv
Rusiya Ermənistanı yenə silahlandırır Moskva MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə güzəştli hərbi-texniki yardım planı çərçivəsində yeni strastegiya üzərində işləyir. Bu məlumatı dünən erməni mənbələri yayıb. Yardımın dəyəri milyon dollarlarla ölçüləcək. Ən çox güzəştlər Ermənistan və Özbəkistana tətbiq ediləcək. RF Təhlükəsizlik Şurasından bildirilib ki, plan 2008-ci ilin yayında rəsmən qüvvəyə minsə də, hələ ki, sınaqdan keçirilir. Belə ki, strategiya yalnız texnika satışını əhatə etməyəcək, ora birgə hərbi əməliyyatlar və mübadilə proqramları da daxildir. Xəzər Altay express ------------------------------------------------------------------- Neft $9 ucuzlaşdı 1 avro isə 1,6 dollara bərabər oldu Dünən Nyu-York Əmtəə Birjasında neftin bir barelinin qiyməti əvvəlki hərracla müqayisədə 9,26 dollar ucuzlaşaraq 136,96 dollara düşüb. "Röyters"in xəbərinə görə, qiymətlərin bu cür aşağı düşməsi sonuncu dəfə 2004-cü ilin dekabrında qeydə alınıb. Ekspertlərə görə, neftin belə ucuzlaşmasının əsas səbəbi ABŞ-da iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Belə ki, bu, birjaların ABŞ-ın mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernankenin dünənki bəyanatına reaksiyası olub. Bernanke bildirib ki, enerjidaşıyıcılarının yüksək qiyməti amerikalıların alıcılıq qabiliyyətinə önəmli dərəcədə mənfi təsir göstərir. ABŞ valyutası da avropa qarşısında ən aşağı həddə düşüb. Dünən birjalarda 1 avro 1 dollar 60,3 sentə dəyişdirilib. Dolların belə çökməsi FES rəhbəri ilə maliyyə nazirinin ABŞ-ın maliyyə bazarı ilə bağlı çıxışlarının gözlənilməsi ilə əlaqələndirilir. Aytən express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar