SON XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayıb

2021.10.20, 07:36
ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayıb

Gunaz.tv
ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayıb 20080716115649_1.jpg ABŞ Konqresinin Senatında İrana qarşı iqtisadi-ticari sanksiyaları sərtləşdirən yeni qanun layihəsi hazırlanıb. Demokratlar və respublikaçılar sənədin əsas bəndləri ilə bağlı razılığa gəliblər. Sanksiyalar artıq bu həftə yuxarı palatada nəzərdən keçiriləcək. Sənədin müəlliflərindən olan banklar, yaşayış evləri tikintisi və şəhər problemi üzrə Senat komitəsinin sədri Kristofer Dodd qanun layihəsinin İrana qarşı iqtisadi sanksiyaları sərtləşdirdiyini vurğulayıb: “Bu sanksiyalar İranın neft sektorunda məşğul olan şirkətlərə investisiya qoyuluşunu qadağan edir. Bununla da İran hökumətinə təzyiq göstərilir və beynəlxalq birliyin tələblərini yerinə yetirməyə məcbur edilir”. Qanun ABŞ-dakı hesablarının dondurulmasına icazə verilən İran vətəndaşlarının siyahısını da genişləndirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar