SON XƏBƏRLƏR

Ermənilər Yusifcanlını yandırdılar

2021.10.20, 07:36
Ermənilər Yusifcanlını yandırdılar

Gunaz.tv
Ermənilər Yusifcanlını yandırdılar ATƏT-in bu kənddə monitorinqi baş tutacaqmı? Ermənilər Ağdam rayonunun Yusifcanlı kəndinə yeni yanğınlar törədiblər. Yanğını bir saatdan sonra söndürmək mümkün olub. Qeyd edək ki, Müdafiə Nazirldiyinin məlumatına görə, ATƏT sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Yusifcanlı kəndində monitorinq keçirilməsi planlaşdırılıb. Yeri gəlmişkən, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinqlərin baş tutmamasının səbəbini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik APA-ya açıqlamasında "bu işlə bağlı mükəmməl hazırlığın olmaması" ilə əlaqələndirib. Monitoriqnlərin keçirilməsinə hansı tərəfin şərait yaratmadığını deməyən diplomat monitorinqlərin keçirilməməsinə təhlükəsizlik baxımından qərar verdiyi söyləyib. Xatırladaq ki, sonuncu dəfə ATƏT-in Tovuz rayonunun Ağdam və Əlibəyli kəndi istiqamətlərində planlaşdırıldığı monitorinqlər təxirə salınmışdı. Bu arada Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən iyulun 14-də saat 10.30-dan 10.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 15-də saat 00.35-dən 00.45-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. Fidan express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar