SON XƏBƏRLƏR

Barak Obama İraq müharibəsini bitirməyə söz verdi

2021.10.20, 07:36
Barak Obama İraq müharibəsini bitirməyə söz verdi

Gunaz.tv
Barak Obama İraq müharibəsini bitirməyə söz verdi 20080716133321_1.jpg ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd Barak Obama İraq müharibəsini bitirməyə söz verib. Obama müharibənin əsas cəbhəsini Əfqanıstanda terrorçuluğa qarşı yönəldəcəyini bəyan edib. Prezidentliyə namizəd bildirib ki, andiçmə mərasiminin ertəsi gün ABŞ qoşunlarına İraq müharibəsini bitirmək barədə əmr verəcək. Bunun əvəzində isə Əfqanıstana əlavə qüvvələr göndəriləcək. Obamanın fikrincə, İraq müharibəsi Birləşmiş Ştatlara real təhlükələrlə mübarəzi aparmağa mane olur, təhlükəsizliyə, iqtisadiyyata və dünyatakı reputasiyaya mənfi təsir göstərir. Obamanın respublikaçı rəqibi Con Makkeyn isə qoşunların 16 ay ərzində çıxarılmasının qeyri-mümkün olduğunu vurğulayıb. Onun fikrincə, Amerikanın belə bir qərarı «əl-Qaidə» terror təşkilatının qələbə əminliyini artıracaq: «Həyatda və müharibədə həm uğur, həm də məğlubiyyət çiyin-çiyinə gedir. Bu, Obamanın anlaya bilmədiyi həyat dərsidir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar