SON XƏBƏRLƏR

NATO təlimlərinə Ermənistan qatılmamalıdır

2021.10.20, 07:36
NATO təlimlərinə Ermənistan qatılmamalıdır

Gunaz.tv
NATO təlimlərinə Ermənistan qatılmamalıdır QAT: "Beynəlxalq təşkilatlar ermənipərəst mövqe tutur" Qarabağ Azadlıq Təşkilatı Ukrayna ərazisində NATO tərəfindən keçirilən hərbi dəniz təlimlərində Azərbaycan hərbiçilərinin işğalçı Ermənistan ordusunun nümayəndələri ilə birgə iştirakını pisləyən bəyanat yayıb. Təşkilatdan "OLAYLAR"İA-ya daxil olan bəyanatın mətnində bildirilir ki, beynəlxalq təşkilatlar, o cümlədən NATO Ermənistanı bu cür tədbirlərə cəlb etməklə ermənipərəst məqsəd güdür və Ermənistanın təcavüzkar dövlət imicini aradan qaldırmağa çalışırlar. Ona görə də Azərbaycan prinsipial və ardıcıl mövqe tutmalı, işğalçı dövlətin beynəlxalq tədbirlərə dəvət olunmasına imkan verməməli və ya Ermənistanın iştirak etdiyi hərbi təlimlərə qatılmamalıdır. QAT hesab edir ki, Azərbaycan bu cür ikili standartlar xəttinin həyata keçirilməsində alətə çevrilməməli və dərhal hərbi təlimlərdə iştirakını dayandırmalıdır. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar